Modern.az

Əli Nağıyev qayıdır...

Əli Nağıyev qayıdır...

19 Aprel 2011, 16:28

Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri Əli Nağıyevin səlahiyyət müddəti başa çatır. Səfir diplomatik missiyasının başa çatması münasibətilə bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. APA-nın məlumatına görə, prezident səfir Əli Nağıyevin iki ölkə arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək dəyərləndirib: “Azərbaycan səfiri qismində Belarusda olduğunuz müddət iqtisadi-ticarət münasibətlərinin qurulması, birgə müəssisələrin yaradılması baxımından çox məhsuldar olub”.

Xatırladaq ki, Azərbaycanla Belarus arasında diplomatik münasibətlər 1993-cü ildən qurulub. 2006-cı ildə Bakı və Minskdə hər iki ölkənin səfirlikləri açılıb.

2005-ci ilə qədər əmək və əhalinin sosial müdafiə naziri postunu tutan Əli Nağıyev o zaman ölkədə baş siyasi proseslərin gedişatında vəzifəsini itirib.
 Əli Nağıyev Yeni Azərbaycan Partiyasının nufuzlu liderlərindən olub. Nazir postunda olarkən Təhsil Nazirliyinin ünvanına sərt çıxışı geniş rezonans doğurmuşdu.. 2005-ci ildə ölkədə dövlət çevilişinə cəhd ittihamı ilə vəzifədən çıxarılanlar arasında onun adı da hallansa da, sonradan təsdiqini tapmadı.

Həmin il vəzifədən çıxarılan Əli Nağıyev Belorusa səfir göndərilib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər