Modern.az

Sabiq deputat icra başçısı təyin edildi

Sabiq deputat icra başçısı təyin edildi

20 Aprel 2011, 19:01

Prezident İlham Əliyev Oğuz rayonu İcra hakimiyyətinin başçısını dəyişib. Ölkə başçısının bu gün imzaladığı sərəncamla Aydın İsmayıl oğlu Əlihüseynov Oğuz rayonu İcra hakimiyyətinin başçısını vəzifəsindən azad edilib.

Prezidentin imzaladığı digər sərəncamla Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, E.Qurbanov üçüncü çağırış Milli Məclisin deputatı idi. O, 2005-2010-cu illərdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsini parlamentdə təmsil edirdi.
2010-cu il 7 noyabr seçkilərində isə E.Qurbanov kənarda saxlanmışdı. 

E.Qurbanov əvvələr T.Bəhramov adına Respublika stadionunun və Bakı Olimpiya Komleksinin direktoru vəzifələrində çalışıb.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər