“Londonda mənim və Rəsul Quliyevin hakimiyyət komandasının bəzi məmurları ilə görüşdüyüm barədə yazılanlar tamamilə yalandır”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasını lideri Etibar Məmmədov “Yeni Musavat” qəzetində bu gün yayılan yazıya münasinbətini bildirərkən deyib. Məlumatda yer alan ittihamları “nağıl” adlandıran E. Məmmədov bildirib ki, yazılanları heç bir halda həqiqəti əks etdirmir. “Mənim Rəsul Quliyevlə görşüm də olmayıb. Onlar nə gəldi uydurublar. Belə bir məsələ olmayıb”-deyə Etibar Məmmədov qeyd edib.
AMİP-in İctimai Palatadan getməsini partiyanın daxili işi adlandıran AMİP lideri bildirib ki, o, partiyanın cari fəaliyyətinə qarışımır. “Bu məsələdə hansısa siyasi rəng axtarmağa da ehtiyac yoxdur”-deyə E.Məmmədov vurğulayıb.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin bu günkü baş yazısında “ərəb inqilabı” dalğasının Azərbayacan gəlib çata biləcəyi halda bəzi sabiq məmurların, keçmiş məşhur deputatların cəlb olunduğu “Xilas planı”nın mövcudluğu qeyd olunub. Yazıda iddia olunur ki, bir müddət öncə bununla bağlı Londonda toplantı keçirilib və həmin görüşdə “Xilas planı”nın əsas müəllifləri olan bir neçə yüksək vəzifəli və nisbətən orta səviyyəli post tutan məmurlar, eləcə də sabiq deputat Rza İbadovla Sevil Əliyeva da qatılıblar. Həmin toplantıda müxalifət adı ilə iştirak edənlər eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə AMİP lideri Etibar Məmmədov olub.
Qəzet yazır ki, Britaniya paytaxtında müzakirə edilən əsas məsələ hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə, Azərbaycanda iqtidarı “başqa qüvvələrə” verməmək olub. Bunun üçün hər hansı səbəbdən kənara atılmış, indiki prezident tərəfindən hakimiyyətdən, bəzi nümunələrdə isə ölkədən dışlanmış “köhnə qvardiya” təmsilşiləri, tanınmış “Heydər Əliyevçilər”, mərhim prezidentin bir sıra yaxın qohumları Londonda gizli ittifaq yaradıblar. Onların strateji məqsədləri ölkələrində inqilab, hər hansı ciddi dəyişiklik baş verəcəyi təqdirdə hakimiyyəti götürmək, paralel olaraq və bundan bir an əvvəl onun daxilindəki müəyyən ciddi klanları tərəfə çəkmək, müxalifət düşərgəsində də bir sıra təşkilatlarla təmas quraraq, prosesin avanqardına çevrilməkdir.
Modern.az