Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda növbəti Gül bayramı keçirməyə hazırlaşır. Hər il olduğu kimi bu ildə Gül bayramı mərhum prezident Heydər Əliyevin 88-ci ad günü münasibəti ilə Respublika sarayının qarşısındakı parkda keçiriləcək. Bu barədə Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nüranə Mərdanova məlumat verib.
“Gül bayramı həmişəki kimi mayın 10-da Heydər Əliyev adına Respublika Sarayının qarşısında keçiriləcək. Möhtəşəm bayram olacaq”-deyə N.Mərdanova vurğulayıb.
N.Mərdənovanın sözlərinə görə, meriyanın təşkil edəcəyi tədbirdən Bakının ayrı-ayrı rayonlarda Gül bayramları keçiriləcək.
“Mayın 10-a kimi ayrı-ayrı rayonlarda gül byramı keçirilir. Sonra isə onlar ümumiləşdirilərək paytaxtda təmsil olunacaqlar”.
Mətbuat xidmətinin rəhbəri bayrama nə qədər gül sərf olunacağını və neçə gün davam edəcəyini deməyin hələ tez olduğunu qeyd edib, bildidb ki, artıq ciddi hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, keçən il də Gül bayramı Heydər Əliyev adına sarayın qarşısında keçirilmişdi. Bayramda xaricdən 1 milyon ədəddən çox gül gətirilmişdi.
Aytən ƏLIYEVA