Azərbaycanı “Eurovision-2011” Mahnı Müsabiqəsində təmsil edən Eldar Qasımov və Nigar Camal “Komsomlskaya Pravda” qəzetinin keçirdiyi oxucu suallarını cavablandırarkən Ermənistanda çıxış etməyə hazır olduqlarını bildiriblər. Modern.az “Komsomolkskaya Pravda” qəzetinə istinadən bildirir ki, bu barədə onlar ukraynalı oxusunun ““Eurovision-2011” Ermənistanda keçirilsəydi ora gedərdinizmi” sualına cavab verərkən deyiblər.
“Biz həmişə bütün ölkələrdən olan dəvətləri gözləyirik. Musiqi və incəsənət milli məsələ deyil. Biz hər yerdə keçirilən konsertlərdə iştirak etməyə şad olardıq”-deyə Eldar və Ngar vurğulayıblar.
Qeyd edək ki, Ermənistanı bu ilki müsabiqədə müəğnni Emmi təmsil edir.
N.Camal və E.Qasımov mayın 10-da keçiriləcək I yarımfinalda Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan iştirakçıları ilə mübarizə aparacaq.
Mayın 12-də II yarımfinal İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Hersoqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya iştiraçılarının iştirakı ilə keçiriləcək.
İki gün sonra - mayın 14-də final keçiriləcək.
Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcək.
Modern.az