Modern.az

Rövnəq Abdullayevdən yeni kadr təyinatları...

Rövnəq Abdullayevdən yeni kadr təyinatları...

26 Aprel 2011, 23:36

ARDNŞ-də kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə digər işlərin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Modern.az saytının məlumatına görə, bu sözlər şirkətin mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, həmin məqsədlə Şirkətin Baş Ofisində “İnsan resursları departamenti” yaradılıb.

Departament “Üçot və işçilərlə əlaqələr”, “Təlim və inkişaf” və “İşə qəbul və yerləşdirmə” şöbələrindən ibarətdir. Yeni yaradılmış departament insan resurslarının idarə edilməsi üzrə işlərin vahid mərkəzdən və peşəkar səviyyədə idarə olunmasını həyata keçirəcək.

Müvafiq struktura malik olan yeni departamentin yaradılması Şirkətin idarə və müəssisələrində bu sahədə fəaliyyətin optimal tənzimlənməsinə yönələn ümumi norma, tələb və qaydaları müəyyən edən standart sənədlərin işlənməsində, qəbul edilməsində və tətbiq olunmasında operativliyi təmin edəcək, ümumiyyətlə, insan resursları üzrə fəaliyyətin təkmilləşdirilməsinə xidmət göstərəcək.

Artıq departamentin şöbələrinə ilk təyinatlar olub. ARDNŞ-nin Təqaüd Proqramının ilk iştirakçılarından olmuş Oksford Universitetinin magistri Tural Əliyev “Təlim və inkişaf” şöbəsinin, Oklahoma Universitetinin magistri Teymur Mahmudov isə “İşə qəbul və yerləşdirmə” şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər