Qədim qəbirdən tapılan qızıllar eramızdan əvvəl 4-1 əsrlərə aid edilir
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Laçın rayonunda eramızdan əvvəl 4-1 əsrlərə aid xəzinə aşkar edilib. Modern.az “EurasiaNet” saytına istinadən bildirir ki, Laçın rayonun Sonasar kəndində məskunlaşan Andrianik Kürexyan adlı erməni heyvanlarını otardığı ərazidə xəzinəni aşkar edib.
Yeraltı qədim qəbirdə tapılan xəzinə 700 qram gümüş bəzək əşyaları, 200 qram civarında qızıl sırğa, üzük, boyunbağı və beş kiloqram bürünc bəzəklərdən ibarətdir.
Xəzinəni tapan Kürexyan onu mükafat almaq arzusu ilə İrəvana aparıb və Ermənistan Tarix Müzeyinə təqdim edib. Müzeyin ekspertləri xəzinəni ümümi dəyərini 21 min 336 dollar məbləğində qiymətləndiriblər. Onlar Kürexyana dəyərin 50 faizini təklif etəsələr də o, imtina edib. Kürexyan deyib ki, “belə xəzinə üçün bu məbləğ çox azdır”.
Bu qədim xəzinə üstündə Ermənistanla Dağlıq Qarabağdakı separatçı rejimin rəsmiləri arasında artıq qalmaqal düşüb. Qondarma qurum İrəvandan xəzinənin Qarabağa aid olduğunu və geri qaytarılmasını tələb etsə də, Ermənistan Tarix Muzeyi bunu qulaqardına vurub.
Qondarma “DQR”-in turizmə baxan idarəsinin rəhbəri Sergey Şahverdiyan bildirib ki, xəzinəni öyrənmək məqsədilə Ermənistana göndəriblər.
“Lakin oradan bildirdilər ki, xəzinə məhz Tarix Müzeyində saxlanımalıdır”.
Ermənistan Milli Tarix Muzeyinin direktoru Anelka Qriqoryan bildirib ki, bundan problem yaratmağın mənası yoxdur.
“Bunun nə əhəmiyyəti var, xəzinə Qarabağda, yaxud Ermənistandadır? Hazırda dəfinə ekspertlər tərəfindən araşdırılır”.
Ermənilər ehtiyat edir ki, bu xəzinə Azərbyacanın işğal olunmuş rayonunda tapıldığına görə qarşı tərəf ona özünün huququnun çatıdğını elan edə bilər.
Modern.az