Modern.az

Əli Kərimli: “İctimai Palata islahatlar paketini iqtidara təqdim etməyi planlaşdırır”

Əli Kərimli: “İctimai Palata islahatlar paketini iqtidara təqdim etməyi planlaşdırır”

Ölkə

28 Aprel 2011, 11:30

“İctimai Palatanın növbəti sessiyasında qurumun platformasını müzakirəyə çıxaracağıq”. Bu barədə AXCP sədri Əli Kərimli “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

“İctimai Palata Azərbaycan hökumətinin hansı islahatlar aparmasını istəyir? Hökumətə çağırışlarınız nədir?” sualının cavabında Ə.Kərimli deyib ki, Forumda İctimai Palatanın təsəvvür etdiyi islahatların fəlsəfəsi ilə bağlı bir sənəd təqdim ediləcək:
“Bu islahatların əsas prinsiplərini anons edə bilərəm. İlk öncə demokratiyaya keçidi nəzərdə tuturuq. Ölkənin bütün hakimiyyət qolları azad və demokratik seçki yolu ilə formalaşdırılmalıdır. Birinci parlament seçkilərindən başlamaq niyyətindəyik. Bundan sonra, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasının, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın strukturlaşması və formalaşmasının, vətəndaşlar qarşısında məsuliyyətli hökumətin formalaşdırılmasının, ciddi iqtisadi islahatlar aparılmasının, korrupsiya ilə sözdə deyil əməldə mübarizənin, neft gəlirlərindən xalqın uzunmüddətli inkişafı üçün istifadə edilməsinin, monopoliyaların dağıdılması və onların yerində liberal bazar iqtisadiyyatı elementlərinin qurulmasının tərəfdarıyıq”.

“Biz istəyirik ki, ölkədə ciddi sosial siyasət aparılsın. Neft pulları korrupsiya yolu ilə dağıdılmasın, pulların bir qismindən sosial vəziyyəti ağır olan insanların həyatını  yaxşılaşdırmaq və qeyri-neft sektorunun inkişafı üçün istifadə edilsin. Ölkə dünyaya açılmalı və xarici sərmayələr üçün yaxşı şərait yaradılmalı, həm də daxili sərmayələr inkişaf etdirilməlidir”-deyə AXCP sədri bildirib.

Ə.Kərimli həmçinin vurğulayıb ki, İctimai Palata Azərbaycanı Avroatlantik məkanda görmək istəyir.
“Avropa Birliyi və NATO ilə münasibətlər sürətlə yaxşılaşdırılmalıdır. Azərbaycan çox sürətlə Dünya Ticarət Təşkilatına daxil olmalıdır. Artıq, 20 ildir həlini gözləyən çoxsaylı islahatlar həyata keçirilməlidir.  Bunların hamısı İctimai Palatanın təqdim edəcəyi sənədlər paketinə daxil edilib”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər