Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sərəncamı ilə Gəncənin bir müddət boş qalan baş memarı vəzifəsinə yeni təyinat olub. Modern.az-ın məlumatına görə, bu vəzifə Allahverdi Əliyevə həvalə edilib.
Məlumat üçün bildirək ki, A.Əliyev uzun müddət memarlıq sahəsində çalışıb. Belə ki o, Dövlət Tikinti və Arxitektura Komitəsində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şöbə müdiri olub.
Yeni memar Gəncənin simasının bərbad günə salındığını və hazırda bu sahədə vəziyyəti düzəltmək üçün ciddi işlərin getdiyini bildirib.
Gəncənin baş memarı vəzifəsi bu ilin fevralından boş qalmışdı.
Xaliq Qurbanov
Gəncə