Modern.az

“Bakcell” konturdan manata yox, qəpiyə keçir

“Bakcell” konturdan manata yox, qəpiyə keçir

5 May 2011, 14:03

Krasiir Genov: ““Bakcell” lider olmasaydı, digərləri öz tariflərini bizə uyğunlaşdırmazdı”


Bu gün “Bakcell” şirkəti kontur hesablama sistemindən manata, daha doğrusu qəpiyə keçdiyini elan etdi. Şirkətin kommersiya direktoru Krasimir Genovun dediyinə görə, “Bakcell”in elan etdiyi tariflər o qədər ucuzdur ki, burda yalnız qəpiklərdən söhbət gedə bilər.

K.Genov qeyd etdi ki, “Azercell”dən fərqli olaraq “Bakcell” abunəçiləri hələ 6 ay ərzində həm kontur, həm də manat balanslarını öyrənə biləcəklər. Belə ki, hazırda balansında konturu qalan abunəçilər konturlar bitənə qədər bu sistemdən yararlana biləcək.

Tariflərə gəlincə, “Bakcell” “CİN” abunəçiləri üçün əvvəlki 3 tarif paketini saxlayır. “QoşaCin”, “SevinCin” və “Sevimli Cin” paketlərində danışıq vaxtlarının qiyməti, həmçinin SMS-in dəyəri fərqlidir.

5 “Sevimli nömrə” “Cin” abonentləri 1 dəqiqəsi 3 qəpiyə danışacaqlar. 2 “QoşaCin” nömrəsi öz aralarında 1 dəqiqəsi 1 qəpiyə danışacaq. “SevinCin” tarif paketində isə hər istiqamətə 1 dəq= 8 qəpiyə danışmaq mümkündür. MMS-lərin qiyməti isə hər tarif paketi üçün 8 qəpiyədir.

Bundan əlavə, yeni “Cin” nömrəsi alan abonentlərin hamısına 25 dəqiqə şəbəkədaxili hədiyyə vaxtı verilir. Əvvəlki tarif paketlərində aylıq hədiyyə konturlar da qəpiklərə çevrilib. Belə ki 1000 kontur 2 AZN, 1000 kontur 1 AZN, 120 kontur isə 25 qəpik tariflə hesablanır. 80 qəpik “CinKredit” alanda isə bunun üçün 16 qəpik haqq çıxacaq.

Krasimir Genov “Bakcell”in 16 illik fəaliyyəti ərzində 7 milyondan çox nömrə satdığını, hazırda aktiv nömrələrin sayının 2,5 milyona yaxın olduğunu bildirdi. O, “Bakcell”in 2000-ci illərin şəbəkəsini qurduğunu, daha ucuz qiymətə keyfiyyətli rabitə təqdim etdiyini bildirdi. “Bakcell”i bazarda lider operator adlandıran K.Genov “əgər biz lider deyiliksə, onda niyə digər operatorlar ö tarif paketlərini bizə uyğunlaşdırırlar, qiyməti aşağı salırlar” deyə qeyd etdi.

 

Cin tarif paketləri

SevimliCin

QoshaCin

SevinCin

Şəbəkə-daxili 

 

6 qəpik

8 qəpik

8 qəpik

Şəbəkə-xarici 

 

12 qəpik

12 qəpik

8 qəpik

Sevimli nömrələr 

 

3 qəpik

1 qəpik

-

SMS

3 qəpik

Qoşa nömrələr arasında  1 qəpik

Digər nömrələrə 3 qəpik

3 qəpik

MMS

8 qəpik

8 qəpik

8 qəpik

Internet (1mb)

25 qəpik

25 qəpik

25 qəpik

Meloton (1 ay keçərlidir)

80 qəpik

80 qəpik

80 qəpik

CinKredit

80 qəpik (xidmət haqqı 16 qəpik)

80 qəpik (xidmət haqqı 16 qəpik)

80 qəpik (xidmət haqqı 16 qəpik)


Fərəh Sabirqızı

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var