Modern.az

“Parlament Müxalifəti Qrupu” proporsional sistemin bərpasını tələb edir

“Parlament Müxalifəti Qrupu” proporsional sistemin bərpasını tələb edir

10 May 2011, 19:11

Milli Məclisdə təmsil olunan dörd siyasi partiya –BAXCP, VHP, Ədalət, Böyük Quruluş partiyalarının rəhbərlərinin birləşdiyi “Parlament Müxalifəti Qrupu” ölkədə Konstitutsiya islahatlarının keçirilməsi ilə bağlı Milli Məclisə layihə təqdim edib. Bu barədə qrupun təsisçilərindən olan deputat Qüdrət Həsənquliyev Modern.az-a məlumat verib.

Qrup ölkədə proporsional seçki sisteminin bərpa olunmasını, hökümətin formalaşdırılması səlahiyyətlərinini seçkilərdə qalib gəlmiş partiyaya verilməsini təklif edirlər.

“Ölkədə məhkəmə islahatları aparılmalıdır. Məhkəmə Hüquq Şurası müstəqil əsasda qurulmalıdır. Bu Şurada təmsil olunanlardan 9 nəfərdən 5-i əvvəllər hakim işləmiş şəxslər olmalıdır.  Digər 4 nəfər isə ən azı 15 il hüquqşunas ixtisası üzrə çalışan şəxslər olmalıdır.

Hakimlərin də seçilməsi, onların vəzifədə irəli çəkilməsi, aşağı vəzifəyə keçirilməsi, təltif olunması yalnız və yalnız Məhkəmə Hüquq Şurasının təqdimatı ilə olmalıdır”-deyə millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, bununla da hakimlərin seçilib yerləşdirilməsində Prezidentin və parlamentin  rolu minimuma endirilir. Bu da məhkəmə hakimiyyətinin müstəqilliyinə səbəb olacaq.  
“Bundan başqa,  “Andlı iclasçılar” inistutunun bərpa olunması məsələsini qoymuşuq.

Həm mülki işlərdə, həm ağır cinayət işlərində Böyük Şura deyilən 12 nəfərdən ibarət “Andlı iclaslar” şəxsin təqsirliliyini müəyyənləşdirməlidir. Bu zaman artıq bizim məhkəmələri ittiham eləməyə haqqımız olmayacaq. Ona görə öz soydaşlarımız, mülki şəxslər  müəyyənləşdirəcək ki, şəxs təqsirlidi yoxsa yox.

“Andlı iclasçılar” instutunun tətbiq olunduğu ölkələrdəki ən mütərəqqi  forma və metodlar seçilməlidir,  kompüter üsulu ilə seçmə yolu ilə “Andlı iclasçılar” seçilməlidilər. Biz bunları tələb edirik”.

Deputat həmçinin qeyd edib ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi istiqamətində fəaliyyətlərini gücləndirəcəklər.  

Q.Həsənquliyev bildirib ki, müxalifət qrupu olduğuna görə parlamentdə təmsil olunan bitərəflərin ora meyillənəcəyini gözləmir. “Ona görə ki, qrupun birinci bəyanatında da göründüyü kimi, biz həm bu son razılaşdırılmamış aksiyalar zamanı tutulan şəxslərin dərhal azad olunması məsələsini qoymuşuq, islahatların aparılması tələbi ilə çıxış etmişik. Mən inanmıram ki, bitərəflərin içərisindən bu bəyanata qoşulan və dəstək verən  şəxslər olsun. Amma belələri olarsa, biz buna çox sevinərik və böyük məmuniyyətlə onları o qurupda görmək istərdik”-deyə BAXCP sədri bildirib.  


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər