Modern.az

Azərbaycandakı peşə məktəblərində buraxılış imtahanları keçirilib

Azərbaycandakı peşə məktəblərində buraxılış imtahanları keçirilib

11 May 2011, 11:07

Azərbaycandakı texniki peşə təhsili müəssisələrində buraxılış imtahanları keçirilib. Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib. N.Məmmədov deyib ki, peşə məktəbləri və liseylərinin şagirdləri ümumtəhsil fənlərindən buraxılış imtahanı veriblər.

Şöbə müdiri deyib ki, imtahanın nəticələri artıq məlumdu və cavablar texniki peşə təhsili müəssisələrinə göndərilib.

Hazırda Təhsil Nazirliyinin tabeliyində 108 peşə təhsili muəssisəsi, o cümlədən 47 peşə liseyi, 1 peşə tədris mərkəzi və 60 peşə məktəbi fəaliyyət göstərir. Nazirlikdən verilən məlumata görə, peşə məktəblərindən 8-i cəzacəkmə muəssisələrinin tərkibində fəaliyyət göstərir.

2010-2011-ci tədris ilində ilk peşə-ixtisas təhsili muəssisələrində 14150 nəfər ödənişsiz, 2005 nəfər ödənişli əsaslarla təhsil alır.

Cari tədris ilində 145 ixtisas üzrə kadr hazırlığı həyata keçirilib.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər