Modern.az

Azərbaycanda neçə nəfərə prezident təqaüdü verilir..?

Azərbaycanda neçə nəfərə prezident təqaüdü verilir..?

Ölkə

11 May 2011, 16:11

Modern.az "Xalq" və "Əməkdar" fəxri adı alanların da sayını dəqiqləşdirib

Hər il Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş bir qrup şəxsə müxtəlif fəxri adlar, prezident təqaüdü verilir. Bu sırada mədəniyyət, incəsənt, ədəbiyyat sahəsində tanınmış sənət adamları, yazıçı və şairlər üstünlük təşkil edirlər. Bununla yanaşı, istimai sahədə xüsusi xidmətlər göstərmiş elm və təhsil adamlarından bəziləri müxtəlif fəxri adlara,pPrezident təqaüdünə layiq görülürlər. Bəs hazırda onların sayı neçə nəfərdir?
Modern.az saytı bu suala cavab tapmağa çalışıb.

Bunun üçün əməkdaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı İlham Məmmədov Modern.az saytına bildirib ki, 2011-ci il aprelin əvvəlinə olan məlumata görə, Azərbaycanda 332 min 101 nəfərə aylıq sosial müavinət verilir.
Prezident təqaüdü alanların sayı isə 34 min 163 nəfər təşkil edir.

İlham Məmmədov deyib ki, bu il aprelin 1-dək nazirlik tərəfindən 1669 nəfərə fəxri adlara görə təqaüd təyin olunaraq ödənilib. Onlardan 163 nəfəri “Xalq” fəxri adını, 1506 nəfər isə “Əməkdar” fəxri adını daşıyan şəxslərdir. 

Hazırda “Xalq” fəxri adına (“Xalq artisti”, “Xalq rəssamı”, “Xalq şairi” və s.) görə 50 manat, “Əməkdar” fəxri adına (“Əməkdar artist”, “Əməkdar müəllim” və s.) görə isə 30 manat maddi vəsait verilir.

Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikada 7 növ prezident təqaüdü verilir. Məsələn, Prezidentin fərdi təqaüdünü alan şəxslərə ayda (1000 manat), Milli Qəhrəman adı verilmiş şəxslərə ayda 600 manat verilir.
Qarabağ müharibəsində şəhid olanların ailələrinə, 1990-cı ilin 20 yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, müharibə əlillərinə də müxtəlif məbləğlərdə prezident təqaüdü verilir. 

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər