Modern.az

Azərbaycanlılara qarşı ən qəddar erməni polkovniki Sevak Qukasyan öldü

Azərbaycanlılara qarşı ən qəddar erməni polkovniki Sevak Qukasyan öldü

12 May 2011, 13:03

Ermənistan mətubatının məlumatına görə, aprelin 28-29-da işğal altında olan Azərbaycan Respublikasının Füzuli rayonu istiqamətində baş verən hadisə zamanı erməni tərəfindən 5 hərbçi ölüb, 1 nəfər isə yaralanıb. Məlumata görə, ölənlərdən biri erməni zabiti, Cənub diviziyasının qərargah rəisi, polkovnik Sevak Qukasyandır.

Sevak Qukasyan 1969-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin Xocavənd rayonunda anadan olub. 1988-1989-cu illərdə Sovet ordusunda xidmət edib. 1991-ci ildə İrəvan Dövlət Universitetində oxuyarkən Ermənistan ərazisində yaradılmış terrorçu qruplara qoşularaq Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə gəlmiş və "Araik" xüsusi hücum dəstəsinin yaradılmasında xüsusi fəallıq göstərib. 1993-cü ilədək  bu dəstənin tərkibində müxtəlif vəzifələr tutmuş, həmin ilin dekabrından həmin dəstənin komandiri təyin olunub. O bu dəstənin tərkibində azərbaycanlılara qarşı törədilən qətliamlarda daim xüsusi fərqlənib.
İşğal zamanı kəndlərin, qəsəbələrin yandırılmasında, dağıdılmasında, menarlıq abidələrimizin məhv edilməsində, əsir götürülmüş azərbaycanlı uşaq və qadınlara, qoca və əlillərə qarşı zorakılıq əməllərinin həyata keçirilməsinə, onlara qarşə işgəncələrin verilməsinə rəhbərlik edib.

Sevak Qukasyanın son vəzifəsi isə qondarma “DQR”in cənub divizyonunun qərargah rəisi olub.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər