Modern.az

Oğuz və Qəbələdan Bakıya axan suyu kimlər içir?

Oğuz və Qəbələdan Bakıya axan suyu kimlər içir?

Ölkə

13 May 2011, 11:59


Bakı şəhərini keyfiyyətli içməli su ilə təmin edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı baş tutanda paytaxt sakinləri çox sevinmişdilər. Ötən il dekabrın 28-də baş tutan mərasimdən sonra hamı üçün maraqlıydı ki, görəsən Oğuz və Qəbələnin bulaqlarından gələn təmis su Bakının hansı rayonunun bəxtəvər sakinlərinin mənzillərinə axacaq...
Modern.az saytının əməkdaşı açılışı baş tutan bu kəmərin suyundan içən Bakının xoşbəzt sakinlərinin hansı rayonlarda yaşadığını öyrənməyə çalışıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən (ASC) Modern.az saytına verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərindən gələn su ilə ilk öncə Bakının Yasamal, Nəsimi və Səbail rayonun bir hissəsi təmin olunacaq. Lakin kəmərdə bəzi problemlər olduğundan hələlik bu rayonlara su verilmir.

Xatırladaq ki, Baş nazirin müavini Abid Şərifov bir müddət əvvəl jurnalistlərə açıqlamasında Oğuz-Qəbələ-Bakı su kəmərində olan xırda problemlərin də 1-2 aya qədər həll olunacağını bildirmişdi.

Diametri 2 metr olan şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış 262 kilometr uzunluğunda boru kəməri suyun öz axını ilə Bakı şəhərinə nəqlini təmin edəcək.
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsidir. Bunun üçün təxminən 150 metr dərinlikdə və 350 mm diametrində olan 75-ə qədər istismar quyusundan ibarət sugötürücü qurğu tikilib. 
Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 2007-ci ildə başlanılıb və 2010-cu ilin dekabrın 28-də kəmərin açılışı olub. Layihənin ilkin dəyəri 300 mln. manat həcmində qiymətləndirilib. Lakin üç il ərzində qiymət iki dəfədən çox artıb. Son qeyri-rəsmi məlumatlara görə, su kəməri 750 mln. manat və ya təxminən 1 mlrd. dollara başa gəlib.

Aytən ƏLIYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər