İcra başçısı Elmar Vəliyev 5 ildir eyni vəzifədə çalışan Möhsün Hüseynovu işdən çıxarıb
Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Möhsün Hüseynov vəzifəsindən azad edilib. Bu barədə məlumatı Modern.az saytına şəhərin Gənclər və İdman İdarəsindən veriblər. Bildirilib ki, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təxminən 5 ilə yaxındır şəhər Gənclər və İdman İdarəsinə rəhbərlik edən Möhsün Hüseynovun ötən həftənin sonu vəzifəsindən azad edilməsini rəsmiləşdirib.
Məlumata görə, o, 1saylı Futbol təmayüllü İnternat tipli Gimnaziyanın direktoru vəzifəsinə təyin edilib. Boş qalan vəzifəyə Gəncədə fəaliyyət göstərən fəal Gənclər Təşkilatlarından birinin rəhbərinin təyin ediləcəyi bildirilir.
Xaliq Qurbanov
Gəncə