Modern.az

Millət vəkili Eldar Qasımov və Nigar Camalın çıxışından narazı qalıb

Millət vəkili Eldar Qasımov və Nigar Camalın çıxışından narazı qalıb

17 May 2011, 13:11

Modern.az saytının məlumatına görə, Milli Məcisin bu günkü iclasında deputatlar “Evrovision” mahnı müsabiqəsində Azərbaycanın qələbsini təqdir ediblər. Deputat Azay Quliyev bunu “böyük qələbə” adlandırıb. Əli Əhmədov, Fəzail Ağamalı, Jalə Əliyeva da bu  müsabiqədə Azərbaycanın qələbəsinin qiymətli olduğunu deyiblər.

Millət vəkili Qüdrət Həsənquliyev isə Eldar Qasımov və Nigar Camal uğurunu təqdir etsə də, onların mətbuat konfransında dedikləri sözlərdən narazı qalıb. Erməni jurnalistinin “Ermənistanda çıxış edərsinizmi” sualının cavabında cütlüyün “mahnı sərhəd tanımır” cavabı deputatı qane etməyib. 
“Onlar gərək torpaqlarımızın 20 faizinin işğal olunduğunu deyəydilər. Yalnız işğaldan azad edildikdən sonra bunun mümkün ola biləcəyini vurğulayaydılar”
- deyə deputat qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər