İctimai Palata cümə axşamı növbəti mitinqin vaxtını müzakirə edəcək. Bu barədə Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı İctimai Palatanın keçirəcəyi növbəti mitinqlərlə bağlı Modern.az saytına açıqlamasında bildirib. O qeyd edib ki, İctimai Palatanın Kordinasiya Şurasınının cümə axşamı keçiriləcək iclasında kütləvi aksiyaların vaxtı ilə bağlı məsələ müzakirə olunacaq:
“Kütləvi aksiyalarla bağlı məsələ heç vaxt İctimai Palatanın gündəmindən düşməyib. Qeyd edim ki, İctimai Palatanın sonucu sessiyasında mitinqlərin davam etdirilməsi haqda qərar verilib. Bu qərar qüvvəsində qalır və aksiyanın gününün təyin olunması barədə müzakirələr İctimai Palatanın Koordinasiua Şurasının növbəti cümə axşamı keçiriləcək iclasında da davam etdiriləcək. Növbəti yığıncaqların birində konkret günlə bağlı məsələ müzakirəyə çıxarılacaq”.
Qurumun yığıncaqları hər ayın sonuncu şənbə günü keçirilir. May ayında qurumun iclası ayın sonlarına təsadüf edəcək.
“Bildiyimiz kimi, bu ayda sonuncu şənbə günü 28 may Respublika gününə düşdüyü üçün iclas ya bir gün qabağa, ya da sonraya salınacaq”-deyə G. Aslanlı vurğulayıb.
Anar Rüstəmov