Müsavat başqanı İsa Qəmbərin bir müddət öncə kütləvi aksiyalarla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi məktuba hələ də rəsmi cavab verilməyib. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, BŞİH-dən bunun səbəbini haqda rəsmi məlumat verməyiblər:
“Məndə olan məlumata görə, hələ də bu məktuba cavab verilməyib. İlkin araşdırma nəticəsində məktubun müzakirə olunduğu haqda məlumat eşitmişik. Amma bu rəsmi məlumat deyil. Sadəcə bildirilib ki, məktub müzakirə olunduqdan sonra cavab veriləcək. Məktuba nə zaman rəsmi cavab veriləcəyi bizdən asılı olmadığı üçün heç nə deyə bilmərik”-deyə başqan müavini qeyd edib.
Anar Rüstəmov