Modern.az

ARDNŞ 4500 sənədsiz evlə bağlı iddianı məhkəməyə hazırlayıb

ARDNŞ 4500 sənədsiz evlə bağlı iddianı məhkəməyə hazırlayıb

Ölkə

21 May 2011, 11:15

Ölkə ərazisində, o cümlədən paytaxtda çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Hələ 2008-ci ilin sonlarında heç bir qanuni sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Amma yarımçıq qaldı. Nəhayət bu günlərdə prezident İlham Əliyevin keçirdiyi iclasda məsələ yenidən gündəmə gətirlidi.
Ölkə başçısının Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlərə yenidən start verildi.
Belə evlərin bir qismi Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus mədən sahələrinə və neft-qaz kəmərlərinin mühafizə zonalarına düşən torpaqlardadır.

Dövlət Neft Şirkəti (ARDNŞ) növbəti dəfə mədən sahələrinə və neft-qaz kəmərlərinin mühafizə zonalarına düşən torpaqların bir çoxunun bələdiyyələrin qanunsuz qərarları əsasında və yaxud ümumiyyətlə heç bir sənəd olmadan fiziki və hüquqi şəxslər tərəfindən kütləvi şəkildə zəbt olunduğunu bildirib.

Modern.az xəbər verir ki, ARDNŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, onun müəssisə və təşkilatları istər ayrı-ayrı zəbtolunma halları, istərsə də həmin problemlərin ümumi vəziyyəti barədə aidiyyəti icra, hüquq-mühafizə və bələdiyyə orqanlarına dəfələrlə çoxsaylı müraciətlər edib.

Həmçinin pozulmuş hüquqlarının bərpası məqsədilə ARDNŞ və müvafiq Əməliyyat Şirkətləri tərəfindən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində 3000-ə (bunlardan 2000-nə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır) yaxın iddia qaldırılıb və 4500-ə yaxın iddianın məhkəməyə təqdim olunması üçün müvafiq sənədlər hazırlanıb.

”Haqqında məhkəmə iddiası qaldırılan və qaldırılması planlaşdırılan tikililər son dövrlərdə aparılmış tikintilərlə bağlı olmuşdur. Rəqəmlərdən göründüyü kimi özbaşına tikililərin məhkəmə qaydasında mübahisələndirilməsi kütləvi şəkildə aparılır və bu zaman müvafiq hüquq təsdiqedici sənədlərə və peyk çəkilişlərinin nəticələrinə istinad edilir”-deyə ARDNŞ-dən bildirilib. Qeyd olunub ki, hər ay həmin ərazilər üzrə peyk çəkilişləri aparılır və hansı tikililərin yeni olduğunu müəyyənləşdirmək çətinlik törətmir.
Tikililərin hansı dövrdə aparıldığını müəyyən etməkdə əsas məqsəd bu ərazilərdə uzun müddət bundan əvvəl salınmış yaşayış məntəqələrindən fərqli olaraq, son zamanlarda böyük vüsət almış qanunsuz zəbt olunmalarının qarşını almaqdır.

”Qeyd olunmalıdır ki, məhkəmələrin bu işlərlə bağlı qanuni qüvvəyə minmiş qərarları olsa da, ARDNŞ tərəfindən insanların uzun müddət məskunlaşdığı yaşayış sahələrinin sökülməsi məqsədi güdülmür.
Şirkətin bu istiqamətdə fəaliyyəti qanuni istifadəçilərin neft-qaz əməliyyatlarının aparılmasında maneələrin aradan qaldırılmasına yönəlmişdir”-deyə bildirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər