Modern.az

İran: "Bakıya Fələstindən 7000 yəhudi ailəsi köçürülüb"

İran: "Bakıya Fələstindən 7000 yəhudi ailəsi köçürülüb"

23 May 2011, 14:44

İran KİV-ləri yaydıqları sensasiyaslı məlumatda paytaxtda tikilən “göydələnlərin” bu ailələr üçün nəzərdə tutulduğunu yazıb

Yevda Abramov: “İran Azərbaycanda suyu bulandırmaq istəyir...”

Son bir neçə ildə Fələstin və digər ölkələrdən Bakıya 7000 min yəhudi ailəsi mühacirət edərək  məskunlaşıb. Bu məlumatı İran İslam Respublikasının KİV-ləri yayıblar. Modern.az-ın məlumatına görə, İranın internet resursları bildirir ki, İsrail Azərbaycanı yəhudilər üçün təhlükəsiz ölkə sayaraq bu addımı atır.

“Bakı şəhərində son illərdə tikilən hündürmərtəbəli “göydələnlər” satışa çıxarılmır. Bu binaları tikənlər heç bir satış elanı vermirlər. Həmin binlarada ev almaq istəyən vətəndaşlara isə hətta Londonun mərkəzindən də baha qiymətlər oxunur. Tikinti işlərinin aparıldığı hissə Bakının qədim hissəsidir, burada qədim memarlıq abidələri, məscidlər və mədəniyyət ocaqları var. Ən əsası şəhərin bu hissəsində şiələr məskunlaşıb. Mötəbər mənbələrin verdikləri məlumatlara əsasən, artıq 7 min yəhudi ailəsinin işğal olunmuş Fələstin və başqa ölkələrdən Bakıya köçürülməsi reallaşıb”-deyə məlumatda qeyd olunur.

Yazı müəllifləri bildirirlər ki, son bir neçə ildə Bakının mərkəzindəki yeni tikintilər şəhərin qədim memarlıq üslubunu kölgədə qoyur.
“İsrail rejimi və sionist lobbi fəalları ötən illərdə Azərbaycan Respublikasında bir sıra layihələr həyata keçiriblər”-deyə məlumatda vurğulanır.

Modern.az saytı bu məlumatda yer almış məlumatları öyrənmək üçün yəhudi əsilli şəxslərə müraciət edib. Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramovla əlaqə saxladıq. Millət vəkili bildirdi ki, Azərbaycanda təqribən 20 min yəhudi yaşayır.

“Bakı şəhərinə İsraildən və Fələstindən bir nəfər də olsun yəhudi ailəsi köçürülməyib. İran KİV-lərinin bu məlumatı tamamilə cəfəngiyyatdır və heç bir həqiqəti əks etdirmir. Onların məqsədi siyasi arenada suyu bulandırmaqdır”-deyə Yevda Abramov vurğulayıb.
Onun sözlərinə görə, yəhudilər köçmək fikrinə düşürlərsə, o zaman yalnız ABŞ-a gedirlər. “Azərbaycanda biz qardaş kimi yaşayırıq. Görünür kimlərisə bu narahat edir və belə informasiyalar yayırlar”-deyə yəhudi millət vəkili qeyd edib. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər