Modern.az

Prezident iki icra başçısını vəzifədən azad etdi

Prezident iki icra başçısını vəzifədən azad etdi

23 May 2011, 19:46

Prezident İlham Əliyev daha iki İcra Hakimiyyətinin başçısını tutduqları vəzifədən azad edib. Modern.az-ın məlumatına görə, ölkə başçsı bununla bağlı sərəncamlar imzalayıb.

Prezidentin sərəncamı ilə Elxan Zabir oğlu Usubov Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamla Murad Qorxmaz oğlu Cabbarlı Şəki şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ölkə başçısının Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad etdiyi Elxan Usubov Şəki şəhəri İcra hakimiyyətinin başçısı təyin edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər