Modern.az

90 mindən çox abituriyentin ali məktəbə verdiyi sənəd təsdiqlənib

90 mindən çox abituriyentin ali məktəbə verdiyi sənəd təsdiqlənib

25 May 2011, 11:22

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 20-dən başlayaraq 2011-2011-ci tədris ili üçün respublikanın ali məktəblərinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunu davam etdirir. TQDK-nın mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, bu günədək bütün ixtisas qrupları üzrə ümumilikdə 90 min 118 abituriyent öz ərizəsini təsdiq etdirib.

I ixtisas qrupu üzrə 27820 (Azərbaycan bölməsi üzrə 24714, rus bölməsi üzrə 3106),  II ixtisas qrupu üzrə 22598 (Azərbaycan bölməsi üzrə 19484, rus bölməsi üzrə 3114),  III ixtisas qrupu üzrə 26871 (Azərbaycan bölməsi üzrə 23671,  rus bölməsi üzrə 3200),  IV ixtisas qrupu üzrə 12829 (Azərbaycan bölməsi üzrə 1146, rus bölməsi 1363) abituriyentin ərizəsi təsdiqlənib.

Ərizə qəbulu mayın 31-də başa çatacaq.

Qeyd edək ki, ali məktəblərə qəbul imtahanları III ixtisas qrupu üzrə 3 iyul tarixində Bakı, Naxçıvan, Gəncə, Sumqayıt  şəhərlərində keçiriləcək. I qrup üzrə qəbul imtahanları 10 iyulda Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, IV ixtisas qrupu üzrə 16 iyulda Bakı, Naxçıvan, Gəncə, Lənkəranda, II ixtisas qrupu üzrə isə 22 iyulda Bakı, Naxçıvan, Gəncə, Şəki şəhərlərində keçiriləcək.

Rus bölməsinin abituriyentlərin ikinci imtahanı 26 iyun tarixində keçiriləcək.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər