Modern.az

İlyas İsmayılov: “Yaramazlarla mübarizə aparırıq.., oğlumun azadlığı üçün girov istəyirlər”

İlyas İsmayılov: “Yaramazlarla mübarizə aparırıq.., oğlumun azadlığı üçün girov istəyirlər”

25 May 2011, 15:45

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov hazırda Rusiya Federasiyasında həbsdə olan oğlu Etimad İsmayılovun azadlığa buraxılması üçün çalışır.  Modern.az saytına açıqlamasında İ.İsmayılov deyib ki, oğlunun azadlığı buraxılması üçün onlardan girov istəyiblər:

“Etimadla bağlı proses davam etməkdədir. Sözün açığı onlar istəyirlər ki, biz girov verək ki, Etimad azadlığa çıxsın. Amma oğlum deyir ki, bir qəpik də olsa, girov vermək lazım deyil. O, bildirir ki, günahkar deyil ki, girov verək. Hazırda da bizim mübarizəmiz davam edir”.

Etimad İsmayılovun səhhətində heç bir problemin olmadığını deyən millət vəkili oğlunun mübarizə əzmində olduğunu qeyd edib.
“Etimadın səhhəti çox yaxşıdır, heç bir problem yoxdur. Oğlum mübarizə əhval-ruhiyyəsindədir. Çoxları hesab edirdilər ki, mən yalan deyirəm, oğlumu müdafiə edirəm. Yenə də, bildirim ki, oğlumun heç bir cinayətdə əli yoxdur. Əgər onun hər hansı günahı, cinayəti olsaydı, mən özüm ondan üz döndərərdim. Biz həm ölkədə, həm də kənarda yaramazlarla mübarizə aparırıq”-deyə deputat əlavə edib.

Qeyd edək ki, E.İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə 8 il həbs cəzası verilib. O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. E.İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılıb.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər