Modern.az

72 dövlət orqanındakı boş vəzifələrin tutulması üçün MÜSABİQƏ elan edildi

72 dövlət orqanındakı boş vəzifələrin tutulması üçün MÜSABİQƏ elan edildi

26 May 2011, 19:11

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2011-cu il 26 may tarixindən 72 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə), ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) müsahibə (yerli icra hakimiyyəti orqanları üzrə) elan edib.

Modern.az Komissiyaya istinadən xəbər verir ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 314-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 91-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumin müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 29-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 3-ü apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Müsahibəyə çıxarılan 5 vakant dövlət qulluğu vəzifəsi isə yerli icra hakimiyyəti orqanlarının aparatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqrami                                                                                 - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində                                                     - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində                              - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində                             - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytından yerləşdirilib.
Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Bu musabiqə də bir sıra yeniliklərlə keçiriləcəkdir:
Birincisi, test imtanında namizədlərin Azərbaycan haqqında ümumi bilikləri ilə yanaşı Azərbaycan dili üzrə də bilikləri yoxlanılacaq.
İkincisi, inzibati vəzifələrin 8 və 9-cu təsnifatları üzrə keçid balı 70 bal qalsa da, 6 və 7-ci təsnifatları üzrə keçid balı 80 baldan 75 bala endirilib.
Üçüncüsü, əvvəlki müsabiqələr zamanı vətəndaşlar namizəd kimi qeydə alınmaları üçün Komissiyaya müraciət edərkən qanunvericilikdə nəzərdə tutulan sənədləri də təqdim etməliydilər. Bu müsabiqədən başlayaraq sənədləri yalnız test imtahanından uğurla keçən namizədlər təqdim edəcəklər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli ərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”n 5-ci bəndinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər. Forması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər 10 iş günü müddətində qanunvericiliklə müəyyən edilmiş sənədlərini Komissiyaya təqdim etməlidirlər. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən müraciət formasında təhrif olunmuş məlumatlar verən namizədlər müsabiqədən kənarlaşdırılacaqlar.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə və müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Müsabiqə, ümumi müsahibə müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 27 may 2011-ci il tarixli sayında və 27 may 2011-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az veriləcək.

Müsabiqə, ümumi müsahibə və müsahibəyə çıxarılan vakant vəzifələrin mərkəzi icra hakimiyyəti orqanları, apellyasiya və birinci instansiya məhkəmə orqanları və yerli icra hakimiyyəti orqanları üzrə statistikası aşağıdakı cədvəllərdə verilib.

Müsabiqəyə vakant vəzifə təqdim edən dövlət orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

62

2.

Gənclər və İdman Nazirliyi

61

3.

Dövlət Statistika Komitəsi

51

4.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

19

5.

Maliyyə Nazirliyi

18

6.

Mədəniyyət və Turizm Nazirliyi

17

7.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

13

8.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

10

9.

Nəqliyyat Nazirliyi

9

10.

Dövlət Mülki Aviasiya Administrasiyası

8

11.

Kənd Təsərrüfatı Nazirliyi

7

12.

Satınalmalar üzrə Dövlət Agentliyi

7

13.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

7

14.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

6

15.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti

4

16.

Milli Arxiv İdarəsi

3

17.

Sənaye və Energetika Nazirliyi

3

18.

Dövlət Dəniz Administrasiyası

2

19.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

2

20.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

2

21.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti

1

22.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

1

23.

Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi

1

Müsabiqəyə vakant vəzifə təqim edən məhkəmə orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Şəki Apellyasiya Məhkəməsi

6

2.

Bakı Apellyasiya Məhkəməsi

4

3.

Gəncə Ağır Cinayətlər Məhkəməsi

4

4.

Qazax Rayon Məhkəməsi

4

5.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

4

6.

Şəki Ağır Cinayətlər Məhkəməsi

4

7.

Bakı Ağır Cinayətlər Məhkəməsi

3

8.

2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi

3

9.

Bakı şəhər Suraxanı Rayon Məhkəməsi

3

10.

Bakı şəhər Nəsimi Rayon Məhkəməsi

3

11.

Bakı şəhər Yasamal Rayon Məhkəməsi

3

12.

Şəki İnzibati-İqtisadi Məhkəməsi

3

13.

Şəki Rayon Məhkəməsi

3

14.

Abşeron Rayon Məhkəməsi

2

15.

Ağstafa Rayon Məhkəməsi

2

16.

Bakı şəhər Qaradağ Rayon Məhkəməsi

2

17.

Bakı şəhər Binəqədi Rayon Məhkəməsi

2

18.

Daşkəsən Rayon Məhkəməsi

2

19.

Gədəbəy Rayon Məhkəməsi

2

20.

Gəncə Apellyasiya Məhkəməsi

2

21.

Göygöl Rayon Məhkəməsi

2

22.

Qusar Rayon Məhkəməsi

2

23.

Kəlbəcər Rayon Məhkəməsi

2

24.

Mingəçevir Şəhər Məhkəməsi

2

25.

Şəmkir Rayon Məhkəməsi

2

26.

Şirvan İnzibati-İqtisadi Məhkəməsi

2

27.

Sumqayıt inzibati-İqtisad Məhkəməsi

2

28.

Yevlax Rayon Məhkəməsi

2

29.

Ağsu Rayon Məhkəməsi

1

30.

Füzuli Hərbi Məhkəməsi

1

31.

Füzuli Rayon Məhkəməsi

1

32.

Gəncə Hərbi Məhkəməsi

1

33.

Sabirabad Rayon Məhkəməsi

1

34.

Siyəzən Rayon Məhkəməsi

1

35.

Sumqayıt Apellyasiya Məhkəməsi

1

36.

Şabran Rayon Məhkəməsi

1

37.

Şirvan Apellyasiya Məhkəməsi

1

38.

Zaqatala Rayon Məhkəməsi

1

39.

Zəngilan Rayon Məhkəməsi

1

40.

Zərdab Rayon Məhkəməsi

1

41.

Tərtər Hərbi Məhkəməsi

1

42.

Ucar Rayon Məhkəməsi

1

Ümumi müsahibəyə vakant vəzifə təqdim edən mərkəzi icra hakimiyyəti orqanları.


S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Əmlak Məsələləri Dövlət Komitəsi

19

2.

Dövlət Statistika Komitəsi

4

3.

Gənclər və İdman Nazirliyi

2

4.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

2

5.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

1

6.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

1

Ümumi müsahibəyə vakant vəzifə təqdim edən məhkəmə orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Şirvan Apellyasiya Məhkəməsi

1

2.

Şəki Ağır Cinayətlər Məhkəməsi

1

3.

Gəncə şəhəri Nizami Rayon Məhkəməsi

1

Müsahibəyə vakant vəzifə təqdim edən yerli icra hakimiyyəti orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Beyləqan Rayon İcra Hakimiyyəti

1

2.

Oğuz Rayon İcra Hakimiyyəti

1

3.

Şəki Şəhərİcra Hakimiyyəti

1

4.

Zaqatala Rayon İcra Hakimiyyəti

1

5.

Zərdab Rayon İcra Hakimiyyəti

1


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər