Vüqar Bayramov: “Azərbaycanda “Nabucco” layihəsinə alternativ tapmaq nə iqtisadi, nə də siyasi baxımdan real görsənir”
İyunun 6-da Türkiyədə “Nabucco” qaz kəməri layihəsinə dair saziş imzalanacaq. Maraqlıdır ki, Azərbaycan bu sırada yer almayacaq. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın açıqlamalarıına görə, sazişi OMV (Avstriya), “BOTAŞ” (Türkiyə), “Bulgargaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), “Mol Natural Gas” (Macarıstan) və RWE (Almaniya) şirkətləri imzalayacaq. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə bildirib ki, Azərbaycan öz qazını Avropaya «Nabucco» layihəsi ilə yox, daha yaxşı şərtlər təklif edən başqa marşrutlar vasitəsilə də çıxara bilər.
Son açıqlamaları şərh edən iqtisadçı-alim Vüqar Bayramovun fikrincə, ki, ARDNŞ-in ölkənin “Nabucco” layihəsin alternativ martşurtlar axtarması Azərbaycanın siyasi mövqeyi kimi xarakterizə edilə bilməz:
“Əvəlla, ARDNŞ Azərbaycanın enerji siyasətini müəyyənləşdirmir, şirkət icracı qurumdur. Hətta enerji ixracını həyata keçirsə də belə. Digər tərəfdən dövlət başçısının indiyədək təşkil edilən “Nabucco” sammitlərində iştirakı ölkədə bu yöndə siyasi iradənin olmasından xəbər verir. Ən önəmlisi isə mövcud kəmərlərin Azərbaycanın artan mavi qaz ixracıtını qarşılamaq imkanlarına malik olmamasıdır”.
V. Bayramovun fikrincə, Rövnq Abdullayevin açıqlamasının iyunun əvvəlində Bakıda keçirilməsi planlaşdırılan neft-qaz sərgisindən, eləcə də iyunun 6-da Türkiyədə imzalanması planlaşdırılan razılıqdan öncə səsləndirilməsi təsadüfü deyil:
“Azərbaycan “Nabucco” layihəsində daha yaxşı iqtisadi şərtlər əldə etməyə çalışır. Bu baxımdan, son açıqlama eyni zamanda Avropa Birliyinə və Türkiyəyə mesaj kimi dəyəndirilə bilər. Yəni Azərbaycan mavi qazın nəqli ilə bağlı alternativ kəmərlər əldə edə bilər, “Nabucco” yalnız əlverişli şərtlər ilə ölkə üçün məqbuldur”.
İqtisadçı alim bildirib ki, “Nabucco” kəmərinin tikinti xərclərinin artması iqtisadi baxımdan normal haldır: “Bütün regional layihələrdə tikinti xərclərinin artması müşahidə edilir. Bu heç də sadəcə hansı tikinti materiallarının və ya xidmətlərin qiymətinin artması ilə bağlı deyil. Qiymət artımları biləvastə dəyərləndirmənin müxtəlif mərhələlər üzrə aparılmasından qaynaqlanır. Çünki birinci qiymətdə layihənin ilkin, təxmini qiymətləndirilməsi aparılır, daha sonra detal qiymətləndirmə aparılır. Məsələn, Rusiyanın dəstəkləndiyi Cənub axını layihəsinin ilkin qiymətləndirilməsi 12 milyard dollar, hal-hazırda isə layihənin dəyəri 26 milyard dollar intervalında müəyyənləşdirilib. Və ya, AGRİ layihəsinin dəyəri 1,5 milyard avro kimi müəyyənləşdirilsə də indi bu rəqəm 4 milyard avrodan artıqdır”.
V.Bayramov deyib ki, mövcud kəmərlər Azərbaycan artan qazı istehsalının xarici bazara çıxarmaq imkanlarına malik deyil. Azərbaycan Rusiyaya 2 milyard kubmetr qaz ixrac edir, bu kəmərin maksimum gücü isə 6 milyard kubmetrdir. İradan 1 milyard qaz ixrac edən Azərbaycan bu ölkəyə böyük həcmdə qaz nəql etmək niyyətində deyil. Bu həm texniki, həm də siyasi səbəblər ilə bağlıdır. Bakı-Tbilisi-Ərzurum kəmərinin mavi qaz ötürmə qabiliyyəti 8,8 milyard kubmetrdir və bu kəmərin imkanlarını yaxın illərdə ən yaxşı halda 20 milyard kubmetrə çatdırmaq mümkündür. Bu isə o deməkdir ki, Azərbaycanın yeni kəmərə ehtiyacı var və ilkin araşdırmalar göstərir ki, “Nabucco” yalnız siyasi baxımdan deyil, eyni zamanda iqtisadi baxımdan əlverişlidir”.
Ölkənin mavi qaz satışından gəlirlərinin 2015-ci ildən başlayaraq kəskin artacağını vurğulayan iqtisadçı bunu 2014-cü ilin sonlarında “Şahdəniz-2” platformasının istifadəyə veriləcəyi ilə izah edir: “Nəzərə alsaq ki, Azərbaycan 2010-cu ildə 29 milyard kubmetr qaz hasil edib, 2011-ci ildə ilk dəfə hasilatın 30 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır. “Şahdəniz- 2” platformasının istifadəyə verilməsi Azərbaycan mavi qazının 46 milyard kubmetrə qədər artmasına gətirib çıxara bilər. Belə halda Azərbaycan 30 milyard kubmetr mavi qaz ixrac etmək imkanlarına malik olacaq. İndiki qiymətlərlə bu 2015-ci ildə mavi qaz ixracatından illik gəlirlərin 9 milyard dollara yüksələcəyi deməkdir. Nəzərə alsaq ki, digər yataqların işlənməsi nəticəsində ikinci dekadanin sonuna qədər mavi qaz ixracatının 60 milyard kubmetrə qədər artırılması planlaşdırılır, həmin dövr üçün mavi qaz satışından əldə edilən illik gəlir 18 milyard dollara çata bilər. Bu da dövlət gəlirlərinin formalaşmasında mavi qaz satışından əldə olunan gəlirlərin öndə olacağından xəbər verir”.
V.Bayramov qeyd edir ki, yaxın 10 il üçün dövlət gəlirləri baxımındanAzərbaycan iqtisadiyyatını 2 mərhələyə ayırmaq olar: “Birinci mərhələ 2011-2015-ci illərdə dövlət gəlirlərinin formalaşmasında neft gəlirlərinin üstünlük təşkil edəcəyidir. İkinci mərhələ 2015-2020-ci illərdə qaz satışından əldə olunan gəlirlərin kəskin artması nəticəsində dövlət gəlirlərində mavi qaz satışından əldə olunan vəsaitlərin dominantlıq etməsidir. Bu dövrləri dövlət gəlirlərinin məbləği baxımından xarakterize edendə 2011-2015-ci illərdə ümumi daxili məhsulda artım tempinin qorunub saxlanmasına baxmayaraq artım tempində azalmaların müşahidə ediləcyini deməyə əsas verir.
Dövlət Statistika Komitəsi 2011-ci ildə ümumi daxili məhsulda təxmini 3 faizlik artım proqnozlaşdırıb. Bu rəqəm 2010-cu ildə 4,8 faiz idi. İstər beynəlxalq maliyyə qurumlarının, istərsə də İqtisadi və Sosial İnkişaf Mərkəzinin müstəqil hesablamalarında 2011-2012- ci illərdə ümumi daxili məhsulun artım tempinin qorunub saxlanacağı, artım faizinin isə əvvəlki ilə nisbətən aşağı düşəçəyi proqnozlaşdırılıb. Bu nəticəyə Dövlət Statistika Komitəsi də gəlib. Eyni tendensiya 2013-2014-cü illərdə də davam edəcək. Lakin 2015-ci ildə ixracdan gəlirlərin artması ümumi daxili məhsuldakı artımların yenidən yüksək templə artmasına gətirib çıxaracaq. Azərbaycanın növbəti 20 ildə inkişaf şəklini cızsaq neft gəlirlərinin deyil, qaz gəlirlərinin dominantlıq edəcəyi diqqəti çəkir”.
İqtisadçi deyib ki, 2015-ci ildə sonra Azərbaycanın dövlət gəlirlərində mavi qaz ixracatından əldə edilən vəsaitlər dominant olduğundan Nabuko layihəsində daha əlverişli şərtlər əldə etmək istəyi izah edilə biləndir.
V.Bayramovun sözlərinə görə, mavi qaz hesabına gəlirlərin formalaşmasının neft gəlirlərindən əsas fərqi birincinin qiymətinin stabil olmasıdır: “Son 5 ildə mavi qazın qiymətində azalmalar müşahidə edilməyib. Əksinə artımlar baş verib. Neftin qiyməti isə gündəlik dəyişir. Hansıki bu dövlət gəlirlərinin proqnozlaşdırılması, məbləği ilə bağlı müəyyən problemlər yaradır. Mavi qazın qiymətinin stabil olması və artan tendensiya üzrə inkişaf etməsi ölkənin stabil, proqnozlaşdırılan gəlirlər əldə etməsinə imkan yaradacaq”.
İqtisadçı deyib ki,” Nabucco” Azərbaycan üçün yalnız iqtisadi deyil, eləcə də siyasi əhəmiyyət daşıyır: “Layihə Qərbin siyası gündəmindədir. Bu layihə Azərbaycanın Avropaya inteqrasiyası üçün vacibdir. “Nabucco”dan çəkilmək qərarının siyası yükü də var. Bu baxımdan Azərbaycanda “Nabucco” layihəsinə alternativ tapmaq nə iqtisadi, nə də siyasi baxımdan real görsənir”.
Modern.az