Modern.az

Bütün dünya bu fotoşəkildən danışır

Bütün dünya bu fotoşəkildən danışır

28 May 2011, 23:33


Nyu-Yorkdakı otellərdən birinin qulluqçusunu zorlamaq cəhdində ittiham olunaraq həbs edilən, sonra isə 1 milyon dollar girov müqabilində ev dustağına çevrilən Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominik Stros Kan barədə yeni-yeni maraqlı məlumatlar yayılır.

Modern.az Avropa KİV-lərinə istinadən xəbər verir ki, media indi onun keçmişdəki ilişkilərini araşdırmaqla qadınlarla münasibətlərinə dair təzə müzakirələr açmaqdadır.
 
Bu arada ən yeni müzakirələrdən biri 2009-cu ildə çəkilən bir fotoşəkil ətrafında başlayıb.

ABŞ-ın Pittsburq şəhərində təşkil edilən G20 zirvə toplantısı əsnasında çəkilən bu fotoşəkildə prezident Barak Obama və həyat yoldaşı Mişel Obama ev sahibi olaraq Stros Kanı qarşılayırlar.

Fotoşəkildə Barak Obamanın Stros Kanın əlini itələdiyi diqqətlərdən yayınmır. Bununla bağlı xəbərlər "Barak Mişeli Dominikdən qorumağa çalışır" şərhlərilə dərc olunmaqdadır. Şəkildən də görünür ki, prezidentin xanımına tərəf dartınan Stros Kan gözləriylə az qalır Mişeli "yesin"...

Bir sıra məlumatlarda Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominik Stros Kanın qadın düşkünü olduğu bildirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər