Modern.az

Yeni stadionun rəmzi qapısına ilk topu İlham Əliyevin oğlu vurub

Yeni stadionun rəmzi qapısına ilk topu İlham Əliyevin oğlu vurub

6 İyun 2011, 15:49

İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində iştirak edib. Tədbirdə, həmçinin FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak edib.

Prezident İlham Əliyevə məlumat verilib ki, paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub.

Bildirilib ki, daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.

Tədbirdə dünya və Azərbaycan futbol tarixindən bəhs edən film nümayiş olunub. Azərbaycan Prezidenti İlham Əliyev, UEFA prezidenti Mişel Platini və FİFA-nın prezidenti Yozef Blatter mərasimdə nitq söyləyiblər.
Daha sonra stadionun təməlqoyma mərasimi olub.

Dövlət başçısı metal gilizi rəmzi topun içərisinə qoyub. Prezidentin oğlu Heydər Əliyev topu rəmzi qapıya vuraraq bünövrəyə salıb. Dövlət başçısı beton qarışığı tökən qurğunu işə salıb. Prezident İlham Əliyev, FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini xatirə topunu imzalayıb. Sonra xatirə şəkli çəkdirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər