Modern.az

Həcc ziyarətinin qiymətləri açıqlanıb

Həcc ziyarətinin qiymətləri açıqlanıb

Ölkə

7 İyun 2011, 12:13

Qafqaz Müsəlmanları İdarəsi 2011-ci ilin Həcc ziyarətinə sənəd qəbulunun başlanması ilə əlaqədar məlumat yayıb. QMİ-dən verilən məlumata görə, Səudiyyə Ərəbistanının Həcc nazirliyiilə imzalanmış protokol əsasında bu il Azərbaycana 2000 nəfərlik kvota ayrılıb. Ziyarətə gedəcək zəvvarlar avtobus və təyyarələrlə yola salınacaqlar.

QMİ bildirib ki, ziyarət səfəri üçün sənəd qəbulu sentyabrın ortalarınadək davam edəcək. Avtobuslar Azərbaycan-Gürcüstan-Türkiyə- Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə, təyyarələr isə Bakı-Ciddə, Mədinə-Bakı marşrutu üzrə hərəkət edəcəklər. 28-31 oktyabr tarixlərində zəvvarlar təyyarələrlə müqəddəs məkanlara yola düşəcəklər. Avtobusların yoladüşmə vaxtı barədə əlavə məlumat veriləcək.

Ziyarət səfərləri avtobuslarla 2650 manat, təyyarə ilə 3750 manat dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

"Yeniliklər zəvvarların məcburi həyat sığortası, hotellərdə gündə isti yemək və qəlyanaltı daxil olmaqla 2 dəfə yemək, Mina və Ərəfatda isə qəlyənaltıların təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılmasıdır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər