“İstənilən adam siyasi partiyaları, şəxsləri bir araya gətirmək istiqamətində iş apara bilər. Burada qeyri –adi heç nə yoxdur. O ki qaldı “ATƏT-in bacarmadığını Qurban Məmmədov necə bacaracaq” sualına, deyim ki, mən bu məsələdə ATƏT-dən güclüyəm”. Bu sözləri Modern.az-a Qurban Məmmədov qardaşı, ADP sədri Sərdar Cəlaloğlunun onun müxalifət partiyalarını birləşdirmək cəhdlərinə ünvünlünmış tənqidlərinə münasibətini açıqlayarkən bildirib.
“Bizim niyyətimiz Azərbaycan müxalifətini birləşdirməkdir. Ola bilsin ki, kimlərinsə əli hakimiyyətin cibindədi, kimlərəsə müxaliftin bir araya gəlməsinə mane olmağı tapşırılıb. Özləri bilərlər. Mən qəti əminəm ki, real müxalifət gücü olan qüvvələr mütləq birləşəcəklər. Bu ictimai tələbdir”-deyə Qurban Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, bir müddət əvvəl bir sıra tanınmış şəxslər, İctimai Palatanın üzvləri “Vətəndaş Hərəkatı Forumu” yaradaraq onu və KXCP üzvü Akif Hüseynovu ora dəvət ediblər, müxalifət partiyalarını bir araya gətirmək üçün danışıqlar aparmaqla bağlı nümayəndə seçiblər.
Bundan sonra fəaliyyətə başlayan Qurban Məmmədov indiyə qədər 8 partiya sədri ilə danışıq aparıb. “İctimai Palatanın Koordinasiya Şurası ilə bütövlükdə, ö cümlədən Müsavat başqanı İsa Qəmbərlə, AXCP sədri Əli Kərimli ilə təklikdə görüşlərim olub. Bundan başqa, KXCP sədri Mirmahmud Fəttayevlə, İqbal Ağazadəylə, Əli Əliyevlə, Əvəz Temirxanla, AMİP sədri Yusif Bağırzadə ilə danışıqlar apardım. Akif Hüseynov isə Sərdar Cəlaloğlu ilə görüşdü”.
Q. Məmmədovun sözlərinə görə, danışıqların birinci raundunda hamı təklifi dəstəkəyib.
“AXCP sədri Əli Kərimli bildirdi ki, onun heç bir ilkin şərti yoxdur. Birliyə qoşulacaq partiyalar yalnız iqtidara qarşı mübarizə aparmaq niyyətini bəyan etsinlər. İsa Qəmbər isə dedi ki, İctimai Palatanın nizamnaməsinə görə qurum parlamenti tanımır”.
Bundan sonra danışıqlar yazıçı Anarın “Qaravəlli” tamaşasını xatırladıb. İsa Qəmbər deyib ki, İqbal Ağazadə Milli Məclis üzvlüyündən istefa verdikdən sonra bu birlik barədə danışmaq mümkündür. İqbal bəy isə Q. Məmmədova bildirib ki, o istefa vermədən və ilkin şərt qoyulmadan bu birliyə qoşulmağa hazırdır. Sərdar Cəlaloğlu isə danışqlarda bəyan edib ki, İqbal Ağazadə olmadan ADP birliyə qoşula bilməz.
“Məsələ gəlib İqbal bəyin deputat mandatında imtina etməsi üzərində dirəndi. Biz ikinici mərhələdə hiss etdik ki, belə formada birləşmək mümkün olmayacaq. O zaman təklif etdik ki, kənarda qalan “beşlər” ayrıca olaraq birləşsinlər. Bu məqsədlə ikinic raundda görüşlər keçirdik. KXCP, ALP, VİP buna razı olduqlarını dedilər. İqbal Ağazadə dedi ki, onun “beşlərə” qoşulması ADP-nin mövqeyindən asılıdır. Sərdar Cəlaloğlunun bu günlərdə verdiyi bəyanatdan aydın olur ki, onların birləşəmək niyyəti yoxdur”-deyə Q. Məmmədov vurğulayıb.
“İndi biz üçüncü mərhələyə başlayırıq. Müsavat və AXCP-nin təmsil olunduğu İctimai Palatada bütün partiyaların birləşməsi üçün danışıqlara başlamaq niyyətindəyik. Ölkəni Misirə, Tunisə çevirmədən, kimin islahatlar yolu ilə problemlərin həlli üçün alışmaq fikri varsa, onları bir araya gətirmək niyyətimiz var”-deyə Q.Məmmədov qeyd edib.
Modern.az