Modern.az

Türkiyədə oxumaq istəyən azərbaycanlı gənclər üçün sənəd qəbulunun vaxtı uzadılıb

Türkiyədə oxumaq istəyən azərbaycanlı gənclər üçün sənəd qəbulunun vaxtı uzadılıb

7 İyun 2011, 14:54

Azərbaycan Respublikasının vətəndaşlarının ərizə qəbulu vaxtı uzadılıb. Komissiyanın mətbuat xidmətindən Modern.az- a verilən məlumata görə, Türkiyə Respublikasının universitetlərinin magistraturasına Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirən və ya cari ildə bakalavriatura səviyyəsinin sonuncu kursunda təhsil alan, 1 yanvar 2011-cu il tarixinə yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan, 20 fevral 2011-ci il tarixdə keçirilmiş ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsindəki nəticəsi minimal tələbi ödəyən Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər. Magistratura səviyyəsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər.

Bakalavrlar Türkiyə Respublikası universitetlərinin magistraturasına qəbulda iştirak etmək üçün tələb olunan doldurulmuş ərizə formasını, şəxsiyyət vəsiqəsini, “Bakalavr haqqında arayış”ı və hərbi xidmətdən möhlət haqqında sənədi 23 may- 14 iyun 2011-ci il müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında təşkil olunan Sənəd Qəbulu Komissiyasına (SQK-ya) təqdim edib qeydiyyatdan keçməlidirlər (ünvan: akademik Həsən Əliyev küçəsi, 17).

Türkiyə Respublikası universitetlərinin magistraturasına qəbulda iştirak etmək üçün tələb olunan ərizə formasını //www.ytb.gov.tr/Files/Document/lisans-basvuru-formu.pdf internet saytından əldə etmək olar.

Türkiyə Respublikası universitetlərinin magistraturasına qəbul aparılan ixtisaslaşmaları Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini aşağıdakı müvafiq istiqamət və ixtisaslar üzrə bitirən şəxslər seçə bilərlər:

 

 

Magistr ixtisasının kodu

Magistr ixtisasının adı

Plan

Uyğun bakalavr istiqamətinin (ixtisasının)

şifri və adı

Minimal bal

(I mərhələdə) 

91119

Kompyuter mühəndisliyi

 

3

T 180100 Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri

T 180200 Avtomatlaşdırılmış layihələndirmə sistemləri (sahələr üzrə)

T 180300 İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (sahələr üzrə)

T 180400 Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı

T 180500 Məlumatların mühafizəsinin texnologiyası və təşkili

T 180600 Kompyuter təhlükəsizliyi

TT 160100 İnformasiya sistemləri

TT 210100 Kompyuter riyaziyyatı

İİ 010900 İqtisadi Kibernetika

TE 010100 Riyaziyyat

TE 100100 Tətbiqi riyaziyyat

TE 100200 İnformatika

70

91143

Maliyyə

1

İİ 010300 Maliyyə və kredit

İİ 012100 Vergilər və vergitutma

İİ 012200 Sığorta işinin təşkili

İİ 012800 Qiymətli kağızlar

İİ 020200 Menecment (bank işi üzrə)

İİ 030700 Vergi işinin təşkili və idarə edilməsi

70

91135

Turizmdə idarəetmə və otelçilik

2

T 300100 Turizm və sosial-mədəni servis xidməti

T 300200 Turist, sanatoriya-kurort komplekslərinin servis və tibbi xidmətinin təşkili

T 300300 Turist sanatoriya-kurort komplekslərində təbii və qeyri-ənənvi vasitələrlə sosial-bərpa işi

İİ 020100 İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)

İİ 020200 Menecment (sahələr üzrə)

İİ 020300 Marketinq (sahələr üzrə)

İİ 020400 Biznesin təşkili və idarə edilməsi

İİ 020500 Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi

İİ 020600 Ticarət və istehlak kooperasiyasının iqti­sadiy­yatı və idarə edilməsi

70

91151

Sığorta işi

1

İİ 010300 Maliyyə və kredit

İİ 012100 Vergilər və vergitutma

İİ 012200 Sığorta işinin təşkili

İİ 012800 Qiymətli kağızlar

İİ 020200 Menecment (bank işi üzrə)

İİ 030700 Vergi işinin təşkili və idarə edilməsi

70

91168

Sənaye mühəndisliyi

1

İİ 010600 Təbiətdən istifadənin iqtisadiyyatı

İİ 020100 İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)

İİ 020200 Menecment (sahələr üzrə)

İİ 020400 Biznesin təşkili və idarə edilməsi

İİ 020500 Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi

İİ 030800 İdarəetmə mühəndisliyi

60

91176

Maşınqayırma (makina) mühəndisliyi

1

T 060100 Maşınqayırma

texnologiyası (sahələr üzrə)

T 060200 Metalkəsən dəzgahlar və alətlər

T 060300 Tökmə istehsalının

texnologiyası və maşınları

T 060500 Maşın və aparat hissələrinin bərpası və möhkəmliyinin artırılması texnologiyası və avadanlığı

T 060700 Texnoloji kompleks­lərin layihələndirilməsi

T 060800 Hidravlik maşınlar, hidrointiqallar və hidropnevmoavtomatika

T 110100 Texnoloji maşınlar və avadanlıqlar

T 110200 Poliqrafiya maşınları və avtomatlaşdırılmış kompleksləri

T 110300 Qaldırıcı nəqliyyat

maşınları və avadanlıqları

TT 100100 Maşınların möhkəmliyi və dinamikası

TT 180100 Tribotexnika

TT 200100 Maddi istehsal vasitələrinin renovasiyası

TT 230100 Mexanikləşdirmə və avtomatlaşdırma

60

91184

Ekologiya (çevrə) mühəndisliyi

1

ET 010100 Ekologiya

ET 010300 Bioekologiya

ET 010500 Aqroekologiya

ET 010600 Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi

ET 010700 Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi

ET 010800 Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması

TE 040100 Kimya

TE 040200 Tətbiqi kimya

TE 040300 Təbii və fizioloji fəal maddələr kimyası

TE 040400 Ekoloji kimya

TE 050100 Biologiya

TE 050300 Biokimya

TE 080100 Toqpaqşünaslıq

M 011100 Biologiya və gigiyena

70

 

 

Ərizə qəbulu başa çatdıqdan sonra Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi və TQDK-nın təmsil olunduğu Qəbul (seçmə) komissiyası tərəfindən keçirilən müsabiqəyə əsasən Türkiyə Respublikasının universitetlərinin magistraturasına Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirən Azərbaycan Respublikası vətəndaşlarının qəbulu aparılacaq.

Türkiyə Respublikasının universitetlərinin magistraturasında təhsil almaq hüququ qazanan Azərbaycan Respublikası vətəndaşları qəbulun nəticələri elan olunduqdan sonra üç gün ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər.

Türkiyə Respublikasının universitetlərinin magistraturasına qəbul olunanlar bir tədris ili ərzində Türkiyədə hazırlıq kursu keçdikdən sonra orada təşkil olunacaq buraxılış-qəbul imtahanlarını müvəffəqiyyətlə verdikləri təqdirdə seçdikləri ixtisaslara uyğun olaraq Türkiyə Respublikası Yüksək Öyrətim Kurulu tərəfindən universitetlərə yerləşdiriləcəklər.

Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının universitetlərinin magistraturasına qəbul olunduqları təqdirdə 2011-2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanında iştirak etmək hüququnu itirəcəklər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər