Modern.az

Məmur maaşları... (ARAŞDIRMA)

Məmur maaşları... (ARAŞDIRMA)

7 İyun 2011, 16:01

Hansı dövlət qurumlarında “paket maaş” sistemi qalır...?

Azərbaycanın dövlət qurumlarında çalışan məmurların maaşlarının nə qədər olduğu barədə ictimaiyyət geniş məlumatlı olmasa da, media işçiləri bu barədə az-çox bilirlər. Ümumilikdə götürdükdə, məmur maaşlarının elə də yüksək olmadığını qeyd etmək olar. Maaşların məbləği belə deməyə əsas verir.  
Bəlkə elə buna görə də, bir sıra nazirlik və komitələrdə işçilərə hər ay rəsmi maaşdan əlavə paket də verilirdi. Nazirliklərdə çalışanların özlərinin dediyinə görə, paketlərdə işçilərin tutduqları vəzifələrə uyğun olaraq fərqli məbləğlər olurdu.

Nazirlik işçiləri indi bildirilər ki, artıq “paket maaş” deyilən qeyri-rəsmi ödəniş ləğv edilib. Xüsusilə antikorrupsiya tədbirləri gücləndirildikdən sonra heç bir nazirin belə risk etmədiyi bildirilir.
““Paket" ləğv olunduqdan sonra quru əməkhaqqı ilə dolanmaq çətinləşib” deyə adının çəkilməməsini istəyən nazirlik əməkdaşı Modern.az saytının əməkdaşına bildirib.

Bəs indi quru maaşın ümidinə qalmağa macbur olan dövlət qurumlarının işçiləri nə qədər məvacib alırlar?

Modern.az saytı Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissyadan dövlət qurumlarında çalışan dövlət qulluqçularının maaşlarının məbləğini öyrənib.

Məsələn, Mədəniyyət və Turizm Nazirliyində böyük məsləhətçi vəzifəsini tutan məmur ayda 420 manat məvacib alır.

Kənd Təsərrüfatı Nazirliyində baş məsləhətçi vəzifəsini tutan məmur 430 manat məvacib alır.

Dövlət Statistika Komitəsində məsləhətçiyə 400 manat maaş verilir.

Ümumiyyətlə nazirliklərdə, komitələrdəvə onlara bərabər tutulan məhrəzi icra hakimiyyəti orqanında maaşlar belədir.

Nazirlərin, komitə sədrlərinin aylıq vəzifə maaşı 1500-1250 manat arasında dəyişir. Nazir müavinləri, komitə sdərlərinin birinci müavinləri 1000, müavinlər 900-800 manat, apara rəhbərləri 800-775 manat maaş alırlar.

Nazirliklik və komitələrdə şöbə müdirləri 700-650 manat, şöbə müdirinin müavinləri 600-545 manat məvacib alırlar.

Baş məsləhətçi 430-416, böyük məsləhətçi 420-410, aparıcı məsləhətçi 410-402, məsləhətçi 400-395 manat alır.

Sektor müdirlərinin aylıq maaşı 500-465 manatdır.

Katibələr ayda 200-143 manat, sürücülərə də bu qədər 200 – 143 manat məvacib verilir.

Nazirliklərin, komitələrin rayon və şərhlərdəki yerli strukturlarında isə vəzifə maaşları bir qədər aşağıdır.
Məsələn, Maliyyə Nazirliyinin Abşeron rayonu üzrə Maliyyə İdarəsində məslhətçi vəzifəsini tutan məmurun aylıq maaşı 177 manatdır.
Gənclər və İdman Nazirliyinin Xəzər rayon Gənclər və idman İdarəsində baş məsləhətçiyə ayda 189 manat maaş kəsilib.

Göründüyü kimi, dövlət orqanlarında çalışan məmurlara kəsilmiş rəsmi vəzifə maaşları fantastik məbləğlər deyil. Amma o da təəccüblüdür ki, belə az maaşla bir çox iri, orta, hətta xırda çinli məmurlar həddindən artıq dəbdəbəli həyat tərzi keçirilər. Özləri bir yana, övladları da bahalı avtomobillərdə gəzir, lüks restoranlara, əyləncə mərkəzlərinə gedirlər.
Qanunvericiliyə görə, dövlət qulluğunda çalışanlara kommersiya fəaliyyəti ilə məşğul olmaq da qadağan olunub.

Belədə ciddi şübhələr yaranır, ya onlar antikorrupsiya tədbirlərindən qorxmayıb rüşvət alırlar, ya da qanunları pozaraq kommersiya, biznes fəaliyyətilə  məşğul olurlar...

Əlbəttə, bunu bütün məmur təbəqəsinə aid etmək ədalətsizlik olardı... Vəsifəsinə məsuliyyətlə yanaşan, yalnız aylıq vəzifə maaşı ilə dolanan dövlət qulluqçuları yüzlərlədir...
 
Adəm Qorxmaz

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər