Modern.az

Ramil Usubov kadr dəyişikliyi etdi

Ramil Usubov kadr dəyişikliyi etdi

8 İyun 2011, 15:10

Daxili işlər naziri Ramil Usubov DIN-də kadr dəyişikliyi həyata keçirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, nazir Ramil Usubov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini, polis polkovniki Nüsrət Şirinovu Daxili İşlər Nazirliyi Katibliyinin rəisi vəzifəsinə təyin edib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Katibliyinin rəisi vəzifəsi boşalmışdı. Sabiq rrəis Nazim Əliyev ötən həftə Polis Akademiyanın rəisi vəzifəsinə keçirilmişdi.

Daxili işlər naziri R.Usubov Samux Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyevi vəzifəsindən azad edərək onu Sabirabad Rayon Polis Şöbəsinin rəisi təyin odib.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər