Modern.az

Türkiyədə parlament seçkisi və 15 partiya... (SİYAHI)

Türkiyədə parlament seçkisi və 15 partiya...  (SİYAHI)

11 İyun 2011, 12:57

Bu gün Türkiyədə növbəti parlament seçkiləri keçirilir. Seçkidə 50 milyon 189 min 930 seçici səs verəcək. Onlar 85 seçki bölgəsində 199 min 207 qutuya bülleten atacaqlar. Seçkiyə 15 siyasi partiya qatılıb. 203-ü müstəqil, 7492 nəfəri siyasi partiyaların təmsilçiləri olmaq üzrə cəmi 7 min 660 namizəd millət vəkili mandatı uğrunda mübarizə aparır.
Bu seçkidə ilk dəfə 25 yaşındakılar da millət vəkili namizədi ola bildi.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, iyunun 10-dan etibarən xarici ölkələrdə olan 2 milyon 568 min 977 Türkiyə vətəndaşı 25 gömrük qapısında qurulan məntəqələrdə səs verməyə başlayıb.

Seçki bülletenlərində siyasi partiyalar belə sıralanır:

1- Ədalət və İnkişaf Partiyası

2- Demokrat Partiya

3- Respublika Xalq Partiyası

4- Əmək Partiyası

5- Millət Partiyası

6- Liberal Demokrat Partiya

7- Səadət Partiyası

8- Haqq və Bərabərlik Partiyası

9- Xalqın Səsi Partiyası

10- Milliyyətçi Hərəkət Partiyası

11- Doğru Yol Partiyası

12- Türkiyə Kommunist Partiyası

13- Milliyyətçi və Mühafizəkar Partiya

14- Böyük Birlik Partiyası

15- Demokratik Sol Partiya.

Əvvəlcədən ehtimal olunduğu kimi, seçkilərdə əsas mübarizə hakim AKP, ana müxalifət CHP və MHP arasında gedəcək. Seçkilərə müstəqil namizədlərlə qatılan kürdlərin təmsil olunduğu Barış və Demokratiya Partiyası BDP-nin yaratdığı seçki blokunu da yaddan çıxarmaq olmaz.
Beləliklə, baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifət cəbhəsini təmsil edən Kamal Kılıcdaroğlunun Cümhuriyyət Xalq Partiyası (CHP) və Dövlət Bağçalının Milliyətçi Hərəkat Partiyasından (MHP)  sonra parlamentə düşmək üçün 10 faizlik seçki baryerini daha hansı qurumlar aşa biləcək...?

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər