Modern.az

Təhsil Nazirliyi: “Attestatlar iyunun 25-dən sonra veriləcək”

Təhsil Nazirliyi: “Attestatlar iyunun 25-dən sonra veriləcək”

15 İyun 2011, 12:32

Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanları davam edir. Modern.az saytının məlumatına görə, indiyədək respublikanın 52 rayon və şəhərində mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçirilib. İyunun 2-dən başlayaraq keçirilən imtahanların cavablarının hələ də açıqlanmaması məzunlarda xeyli narahatlıq yaradıb. Hamı səbirsizliklə cavabların elan olunmasını gözləyir. Bəs cavablar niyə ləngidilir, attestatlar nə vaxt veriləcək? Modern.az-ın əməkdaşı bu suallarla Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevaya müraciət edib.

Qeyd edək ki, qarşıdakı günlərdə - 16 iyunda Astara, Biləsuvar, Cəlil­abad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında, 17 iyunda isə Bakı şəhərində buraxılış imtahanları keçiriləcək və proses yekunlaşacaq.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Modern.az-a bildidb ki, hazırda indiyədək keçirilmiş imtahanların cavab kartları emal olunur. Onun sözlərinə görə, nəticələr bütün bölgələr imtahanlar yekunlaşandan sonra elan olunacaq.

“Orta məktəblərin buraxılış imtahanlarının əvvəlki illərə nisbətən çətinliyi təbiət elmlərinin suallarının artırılması ilə bağlı ola bilər. Ancaq bunula belə, şagirdlərin cavab verməsi üçün kifayət qədər asan suallar var”. Bu sözləri Təhsil Nazirliyinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri T.Hacıyeva bu ilki buraxılış imtahanlarının ötən illərə nisbətən çətinləşdirildiyi barədə məzunların dediklərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, şagirdlərin cavab verməsi üçün asan sulların sayı kifayət qədərdir. Şöbə müdiri deyib ki, imtahan suallarının 20%-i asan, 20%-i çətin, 60%-i isə orta-asan və orta-çətin suallardan ibarətdir.
“Bu il təbiət elmlərinin suallarının sayı 10-dan 12-yə yüksəldilib. Əvvəl əvvəlki illərdə şagird 10 sualdan 2-nə cavab verəndə qiymət alırdısa, indi 12 sualdan 3-nə cavab verməlidir. Suallar məzmun baxımından eynidir, hətta ötən il istifadə olunan sualardan bu ildə salınıb”.

T.Hacıyeva bildirib ki, buraxılış imtahanlarının nəticələri  21-23 tarixlərində məlum olacaq. O, orta məktəb məzunlarına attestatların iyunun 25-dən sonra veriləcəyini vurğulatıb.

Sədaqət Süleymanova 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər