Modern.az

Əli Həsənov erməni xalqına müraciət edib

Əli Həsənov erməni xalqına müraciət edib

16 İyun 2011, 12:17

“Azərbaycan dövləti bu gün səbr nümayiş etdirir ki, Ermənistan rəhbərliyi öz millərinə, xalqına nə zaman rəhm edəcək”.

APA-nın xəbərinə görə, bunu Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransında çıxışında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

O, Ermənistanda xalqın bu gün səfalət və aclıq içərisində olduğunu bildirib: “Biz gözləyirik ki, Ermənistan rəhbərliyi nə vaxt düz yola gələcək. Bu konflikt olmasaydı, neft-qaz kəmərləri, dəmir yolları Ermənistan ərazisindən keçəcəkdi. Amma Ermənistanın ucbatından onlar bu layihələrdən məhrum olublar”.

Baş nazirini müavini çıxışında erməni xalqına da müraciət edib: “Öz rəhbərliyinizi düz yola çəkin. Biz bilirik ki, sadə ermənilər rəhbərliklərinin bu siyasətindən əziyyət çəkirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər