Modern.az

Bu gün daha 7 rayonda buraxılış imtahanları keçirildi

Bu gün daha 7 rayonda buraxılış imtahanları keçirildi

Ölkə

16 İyun 2011, 14:46

Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanları davam edir. Modern.az saytının məlumatına görə, iyunun 16-da respublikanın daha 7 rayonunda mərkəzləşdirilmiş qaydada test imtahanları keçirilib.
16 iyun tarixində Astara, Biləsuvar, Cəlil­abad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 9-cu və 11-ci sinf şagirdləri buraxılış imtahanları veriblər.

Bununla da respublikanın mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçirilən rayon və şəhərlərin sayı 59-a çatıb. İyunun 2-dən başlayaraq keçirilən imtahanların cavabları hələ də açıqlanmayıb. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Modern.az-a deyib ki, cavablar 21-23 iyun tarixlərində elan olunacaq. 

Qeyd edək ki, sabah Bakı şəhərində buraxılış imtahanları keçiriləcək.

Orta məktəb məzunlarına attestatların iyunun 25-dən sonra veriləcəyi gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər