Modern.az

519 abituriyent Polis Akademiyasındakı 100 yerə imtahan verəcək

519 abituriyent Polis Akademiyasındakı 100 yerə imtahan verəcək

Ölkə

16 İyun 2011, 16:50


Daxili İşlər Nazirliyinin Polis Akademiyasına 2011-2012-ci tədris ilində 100 nəfər tələbə qəbul ediləcək. Bu barədə Modern.az saytına Polis Akademiyasının kadrlar şöbəsindən məlumat verilib. Akademiyadan onu da bildiriblər ki, bu il sənəd verən abituriyenlərin test imtahanlarına qədərki mərhələlərdən keçirilməsi prosesi yekunlaşıb.

DİN-in Polis Akademiyasına qəbulda namizədlər arasından Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi hərbi komissarlıqda qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçir.

Polis Akademiyasına sənəd verən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) keçirdiyi test imtahanlarına kimi  bir neçə mərhələdən - fiziki hazırlıq, xüsusi-həkim və seçmə komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər. Modern.az-ın məlumatına görə, 3 mərhələ geridə qalıb. Belə ki, abituryentlər fiziki hazırlıq, xüsusi-həkim sınaqlarından keçiblər. Üçüncü mərhələdə DİN-də abituriyentlərin “mandat” imtahanı keçirilib.  Onlar daxili işlər naziri general-polkovnik Ramil Usubov başda olmaqla yüksək rütbəli polis əməkdaşlarından ibarət seçmə komissiyasının şifahi suallarına cavab verməli olublar. Nəticədə 519 abituriyentin adlı siyahısı qəbul imtahanlarında iştirak etmələri üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilib.   
İmtahanlar test üsulu ilə 3-cü qrup fənləri üzrə Azərbaycan və rus dillərində olacaq.

Polis Akademiyasına qəbul olunacaq abituriyentlər dövlət hesabına yeməklə, geyim forması və yataqxana ilə təmin edilirlər. Təhsil müddəti 5 ildir.

Məzunlara "hüquqşünas" ixtisası və "polis leytenantı" xüsusi rütbəsi verilərək daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər