Modern.az

Bulvar İdarəsindən xoş xəbər: "İyunun 20-də bütün atraksionlar pulsuz olacaq"

Bulvar İdarəsindən xoş xəbər: "İyunun 20-də bütün atraksionlar pulsuz olacaq"

Ölkə

19 İyun 2011, 19:15

İyunun 20-də Dənizkənarı bulvarda bütün atraksionlar pulsuz olacaq. Yaşı 15-ə qədər olan uşaqlara səhər saat 09.00-dan 12.00-dək atraksiyonlardan pulsuz istifadə etmək haqqı veriləcək. Milli Parkda ilk dəfə belə aksiya iyunun 1-də, Uşaq Hüquqlarının Beynəlxalq müdafiəsi günündə keçirilmişdi. O zaman valideynlər və balaca uşaqlar arasında xoşagəlməz hallar yaşanmış, nizamsız növbələr, basabas olmuşdu. 
Dənizkənarı Bulvar İdarəsi belə halların təkrar olunmaması üçün sakinlərə yeni fürsət vermək qərarına gəlib. Eyni zamanda növbələrin, nizamsızlığın bir daha təkrarlanmaması üçün kassalarda pulsuz biletlər paylanacaq.

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS-ə açıqlamada bunları deyib: “Mən istərdim ki, valideynlər bir qədər səbrli olsunlar. Keçən dəfəki aksiyadan fərqli olaraq, anlaşılmazlıq yaranmasın deyə insanlara kassalarda ödənişsiz biletlər veriləcək. Çalışacağıq ki, hər bir uşaq karuseldən bir dəfə istifadə etsin”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər