Azərbaycanda səfərdə olan Avropa Parlementi deputatlarının Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüşü keçirilib. Bu barədə Modern.az –a İctimai Palatının təsisçilərindən olan Mustafa Hacıbəyli məlumat verib. Onun sözlərinə görə, nahar süfrəsi arxasında keçən görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, İctimai Palatanın son etiraz aksiyası müzakirə edilib.
Görüşdə Avroparlamentin yeddi deputatı iştirak edib. Qeyd edək ki, qonaqlar Avropa Parlamentinin xüsusi komisisyasının üzvləridir.
Avropalı deputatlar müxalifət partiyalarının sədrləri ilə görüşdən əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüblər.
Modern.az