Modern.az

Dünyanın ən zəngin və kasıb ölkələri: siyahıda Azərbaycan da var

Dünyanın ən zəngin və kasıb ölkələri: siyahıda Azərbaycan da var

21 İyun 2011, 11:20

ABŞ-da nəşr olunan “Global Finance” jurnalı dünyanın ən zəngin ölkələrinin adlarını açıqlayıb. Modern.az saytı bildirir ki, 182 ölkənin adının qeyd olunduğu siyahıda ən zəngin ölkədən tutmuş ən kasıb ölkəyə qədər adambaşına düşən gəlirlərə uyğun olaraq 2008, 2009, 2010-cu illərin nəticələri qeyd olunub. Dünyanın ən zəngin ölkəsi ilə ən kasıb ölkəsi arasında 263 qat gəlir fərqi var.

Siyahının başında Qətər yer alıb. Bu ölkənin 2010-cu ildə adambaşına düşən gəliri 90 min 149 dollardır. İkinci və üçüncü yerdə Lüksemburq və Norveçdir. Lüksemburqda 2010-cu ildə adambaşına düşən gəlir 79 min 411 dollar, Norveçdə isə 52 min 964 dollardır.

Azərbaycan isə 182 ölkə arasında 82-ci yerdə qərar tutub. Belə ki, ölkəmizdə 2010-cu ildə adambaşına düşən gəlir 9 min 810 dollardır. Bu rəqəm 2009-cu ildə 9 min 564, 2008-ci ildə isə 9 min 810 dollar təşkil edib.

Türkiyə isə ildə adambaşına düşən 13 min 51 dollar gəlirlə 65-ci yerdə qərarlaşıb.

Siyahının ən sonuncusu, yəni 182-ci ölkəsi Konqodur. Burada 2010-cu ilin nəticələrinə görə adambaşına düşən gəlir 342 dollardır.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu