Modern.az

Allahşükür Paşazadə: “Daxildən və xaricdən bizə qarşı mübarizə aparanlar var”

Allahşükür Paşazadə: “Daxildən və xaricdən bizə qarşı mübarizə aparanlar var”

Ölkə

21 İyun 2011, 12:16

“Daxildən və xaricdən bizə qarşı mübarizə aparanlar var. Müxtəlif şayiələr yayırlar. Bu mübarizə elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı da aparılır. Bu, Peyğəmbərin dövründə də olub. Ancaq Peyğəmbər haqqın tərəfində olduğundan onların öhdəsindən gəlirdi. Bizim də indi arxamızda həm Allah, həm dövlət, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var”. (APA)

Bü sözləri Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10-cu ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyx qeyd edib ki,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni rəhbər təyin olunandan sonra komitə ilə dini qurumlar arasında münasibətlərin yeni mərhələsi başlayıb. Komitənin əvvəlki rəhbəri bu münasibətləri yarada bilmədi. Biz indi bu quruma çox arxalanırıq”.

Şeyxülislam Dövlət Komitəsinin sədri Hidayət Orucovdan qardaşlıq və dostluq münasibəti gördüyünü qeyd edərək, buna görə ona təşəkkür edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər