Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Nazirlər Kabinetinin yeni üzvlərinin siyahısını prezident Abdulla Gülün təsdiqinə verib. Prezident artıq kabineti təsdiqləyib.
Modern.az “CNNTürk”ə istinadən bildirir ki, Ərdoğan Cankaya köşkündə Güllə görüşdükdən sonra siyahını mediaya da açıqlayıb. Türkiyənin yeni Nazirlər Kabinetində təmsil olunan nazirlərin siyahısı aşağıdakı kimidir:
Baş nazirin 4 müavini var:
- Bülent Arınç
- Əli Babacan
- Bəşir Atalay
- Bəkir Bozdağ
Şadullah Ərgin – ədliyyə naziri
Fatma Şahin – ailə və sosial siyasət naziri
Egemen Bağış – Avropa Birliyi naziri
Nihat Ərgün – elm, sənaye və texnologiya naziri
Faruk Çelik – əmək və sosial təminat naziri
Ərdoğan Bayraktar – ekologiya və şəhərsalma naziri
Əhməd Davudoğlu – xarici işlər naziri
Zəfər Çağlayan – iqtisadiyyat naziri
Taner Yıldız – enerji və təbii ehtiyatlar naziri
Suat Kılıç – gənclər və idman naziri
Mehdi Əkər – qida, kənd təsərrüfatı və heyvandarlıq naziri
Həyati Yazıcı – gömrük və ticarət naziri
İdris Naim Şahin – daxili işlər naziri
Cövdət Yılmaz – inkişaf naziri
Ərtoğrul Günay – mədəniyyət və turizm naziri
Mehmet Şimşək – maliyyə naziri
Ömər Dinçər – təhsil naziri
İsmət Yılmaz – müdafiə naziri
Veysəl Əroğlu – meşəçilik və su işləri naziri
Rəcəb Akdağ – səhiyyə naziri
Binəli Yıldırım – nəqliyyat naziri.