Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqlarının nəticə vermədiyini prezidentlərin Kazan görüşü və ondan sonrakı vəziyyət bir daha ortaya qoydu. Baxmayaraq ki, bu görüş oncəsi də hər dəfə olduğu kimi politoloqlar “bəlkə bu dəfə nəsə oldu”- kimi yarıümid proqnozları ilə danışıqlardan - danışıqlara Qarabağ problemini yada salan bəzi telekanallarımızın baş xəbərlərində özlərinə yer almışdılar. Amma gerçək reallıq vəziyyətin dəyişməsi üçün nəinki əsasların, heç kiçicik bir “ip ucu”nun belə olmadığını ortaya qoydu. Əslində burda elə bir qeyri-adilik də yoxdu. Bu bizim illərdən bəri gözümüzün və qulağımızın alışdığı köhnəlmiş “yeni xəbərlər” toplusundan başqa bir sey deyildi.
Möcüzə o zaman baş verə bilərdi ki, erməni adlı itini daim bizim üstümüzə qısqırtmağa adət etmiş Rusiya nəhayət ki, ikiüzlülüyündən əl çəkib bu məsələyə qarışmazdı. Çünki məsələnin həllini tapmamasının bir səbəbi Avropa və ABŞ-ın “çevir tatı, vur tatı” mövqeyindən kənara cıxmamasıdırsa, başlıca problemin elə Rusiya faktoru olduğu Azərbaycanda balaca uşaqlara da gün kimi aydındı. Odur ki, hər dəfə bu məsələ ilə bağlı söhbətlər ortaya çıxanda Rusiyanın aktivləşməsi şəxsən məndə düyün üstünə daha bir düyünün vurulması təəssuratı yaradır.
Artıq iyirmi ilə yaxındır ki, biz dünyaya haqqımızı tanıda blmirik. Bu problemin həllinə bizdən başqa maraqlı olan da yoxdu. Çünki Qarabağ düyünün açılmaması çoxlarının işinə yarayır. Oyunda köhnə olan, amma hər dəfə Azərbaycan xalqının qarşısına yeni bir sifətlə çıxmağı bacaran həmsədr dövlətlərin indiyə qədər neçə səfiri Qarabağ priobleminin həlli ilə “yaxşı” məşğul olduğuna görə yaxşı maaşla pensiyaya gedib. Qarabağ problemin həllini tapmamasının Rusiyanın cənub siyasətinin baş tezisi olduğu da açıq-aşkar ortadadı. Dövlət kimi formalaşıb ortaya çıxandan sonra öz böyür-başında, hətta özündən minlərlə kilometr uzaqda olan ölkələri iğal edib öz əsarətinə alan və bunu “demokratiyanın bərqərar olması” - kimi dünya birliyinə sırımağa çalışan Avropa və ABŞ-ın təcavüzkar Ermənistanın başını sığallaması da təbiidir. Bizim bunu qəbul edib-etməməyimizdən asılı olmayaraq. Baxmayaraq ki, bu ölkələrin hər birinin ayrı-ayrılıqda Azərbaycandan umduqları və qazandıqları cox şeylər var.
Hərdən Qarabağ probleminin həllinə ABŞ-ın lazımı dəstək verə bilməməsinə bu olkənin bizim regiondan uzaq olması səbəb kimi göstərilir.
Bir qədər dərindən düşünəndə ki söhbət dünyanın supergücü olan bir dövlətdən gedir, bu versiyanın özü də kifayət qədər gülünc səslənir. Necə ola bilir ki, bu gün Azərbaycan əsgəri özünü dünyanın bir nömrəli supergücü sayan Amerikaya gedib İraqda, Əfqanıstanda sülh yaratmağa kömək edə bilir, amma dünyada bütün beynəlxalq qərarları öz istəyinə uygun qəbul etdirən bu ölkə Qarabağ probleminin həllində Azərbaycana bundan artıq (əslində olmayan- V.R.) dəstək verə bilmir. Təbii ki, istəmir.Azərbaycan dövlətinin və xalqının haqqının qaytarılmasına maraqlı deyil çünki. Ermənilər nə də olsa onların din qardaşlarıdı...
Odur ki, bundan sonra çətin ki, Qarabağ məsələsinin həlli ilə həmsədlər bizə hansısa ağlabatan yeni təkliflər versinlər. Çünki “görünən dağa bələdçi lazım deyil” ...