ABŞ dövlət katibi parlamentdə tezliklə erməni-türk protokollarını təsdiq edilməsini istəyib
ABŞ dövlət katibi Hillari Klinton erməni-türk əməkdaşlığı barədə protokolların Türkiyə parlamenti tərəfindən təsdiqlənməsini istəyib. Modern.az İTAR-TASS-a istinadən bildirir ki, bu barədə Klintonun səfərinin yekunları barədə məlumatı adının çəkilməsini istəməyən ABŞ nümayəndə heyətinin üzvü verib.
Şənbə günü Türkiyəyə gələn dövlət katbi prezident Güllə, baş nazir Ərdoğanla və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Bu danışıqlarda iştirak edən həmin diplomat deyib ki, görüşlərdə Ermənistanla münasibətlər mövzusuna toxunulub. Onun sözlərinə görə, Klinton Ankaranı parlamentdə “ilişib” qalan protokoları “dəstəkləməyə və irəliyə aparmağa” çağırıb. Dövlət katibi həmçinin qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün Ankaranı Ermənistanla daha geniş şəkildə əlaqələrin yaradılmasına çağırıb. Klinton bildirib ki, bu son nəticədə diplomatik əlaqələrin yaranmasına gətirib çıxaracaq.
Xatırladaq ki, sözügedən protokolların Türkiyə tərəfindən təsdiqi dayandırılıb. Ankara Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər bu protokolların təsdiq edilməyəcəyini elan edib.
Modern.az