Modern.az

Diasporla İş üzrə Dövlət Komitəsi Əhməd Obaliya cavab verdi

Diasporla İş üzrə Dövlət Komitəsi Əhməd Obaliya cavab verdi

19 İyul 2011, 14:32

“Təəsüff edirəm ki, özünü diaspor fəalı kimi təqdim edən Əhməd Obalı Azərbaycanın diaspor fəaliyyətini lazımınca qiymətləndirə bilmir”. Bu sözləri Modern.az saytına Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov Güney Azərbaycan Televiziyasının başqanı Əhməd Obalının Azərbaycan diasporu ilə bağlı səsləndirdiyi mənfi fikirləri şərh edərkən deyib.

B.Nəzərov deyir ki, bu gün Azərbaycan diasporu yaxşı təşkilatlanıb: “Dünyanın müxtyəlif ölkələrində azərbaycanlılar ictimai-siyasi fəaliyyətlə məşğuldurlar. Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı da Azərbaycan diasporunun inkişaf mərhələsində olduğunu sübüt etdi. Azərbaycan diasporu inkişaf edir. Əgər xarici ölkələrdəki diaspor təşkilatlarının sayı 2001-ci ildə 206, 2006-cı ildə 336 idisə, bu göstərici 2011-ci ildə artaraq 416-ya çatıb”.
B.Nəzərovun sözlərinə görə, bu gün diaospor təşkilatlarının 111-dək mətbu nəşri çap olunur.

Komitə sözçüsü Əhməd Obalının qurultaya güney azərbaycanlıların dəvət olunmaması ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib. Onun sözlərəinə görə, qurultayda müxtəlif ölkələrdə yaşayan, özünü azərbaycanlı sayan güney azərbaycanlılar iştirak edib. İrandan azərbaycanlıların dəvət olumamasına gəlincə, B.Nəzərov bildirib ki,  Azərbaycan beynəlxalq hüququn normalarına uyğun olaraq İranın daxili işinə qarışmır.
“Diaspor komitəsinin dünyanın müxtəlif ölkələrində yaşayan güney azərbaycanlılarla iş birliyi var” - deyə B.Nəzərov əlavə edib.

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (“Günaz”) “Həftə sonu” proqramında qonaq olan Əhməd Obalı diaspor fəaliyyətinə, İran-Azərbaycan münasibətlərinə münasibət bildirib. Ə.Obalı güneylilərin Dünya Azərbaycanlılarının III Qurultayına çağırılmamasını pisləyib, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair bir sıra tənqidi fikirlər səsləndirib. O, bu qurumun dünya azərbaycanlılarının həmrəyliyinə mane olduğunu da önə çəkib.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər