Modern.az

Milli Ordunun əsgəri hərbçi yoldaşını güllələyərək qaçıb

Milli Ordunun əsgəri hərbçi yoldaşını güllələyərək qaçıb

21 İyul 2011, 11:44

Milli Ordunun Beyləqanda yerləşən “N” saylı hərbi hissəsində silahlı insident baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hərbi hissənin əsgəri Arif Şakir oğlu Cəfərov təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki silahdan atəş açıb. Hadisə nəticəsində onun əsgər yoldaşı Hikmət Eldar oğlu Yusifov güllə yarası alıb. Nəticədə o hadisə yerində həlak olub. Bundan sonra hadisəni törədən əsgər qaçıb gizlənib.

Qeyd edək ki, hazırda Arif Cəfərovun tapılması üçün tədbirlər görülür.

Hadisəni törədən 1993-cü il təvəllüdlü A.Cəfərov Gədəbəy rayon Hərbi Prokurorluğundan hərbi xidmətə çağırılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər