Modern.az

Hansı nazirlər qəbul günü keçirmirlər..?

Hansı nazirlər qəbul günü keçirmirlər..?

24 İyul 2011, 13:02

Birinci şəxslərin telefon nömrələri, e-mail adresləri olsa da...

”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanuna görə mərkəzi icra hakimiyyəti orqanlarında – nazirlik və komitələrdə- vətəndaşlar qəbul edilib dinlənilməli, onların müraciətləri müvafiq vaxtda araşdırılmalı və cavab verilməlidir. Qanuna görə, nazir və komitə sədrləri özləri də heç olmasa ayda bir dəfə qəbul günü keçirməlidir. Nazir və komitə sədrlərinin qəbul günü var. Amma həmin günlərdə onlar vətəndaşları qəbul edirlərmi…?
Bu suala birmənalı olaraq “hə” cavabını vermək çətindir.

Araşdırmalar göstərir ki, bir sıra hallarda birinci şəxslər öz qəbul günlərində iştirak etmir, vətəndaşları dinləyib yola salmağı öz köməkçilərinə həvalə edirlər. Köməkçilər isə şikayətə gələnləri mümkün üsullarla geri qaytarmağa çalışır ki, onlar birinci şəxsləri narahat eləməsinlər. 

Ümumiyyətlə, ybəzi üksək vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu müşkül məsələyə çevrilib. Belə qəbula düşmək lotoreyada maşın udmağa bərabər sayılır.

Qeyd etdiyimiz kimi, nazirliklərə, komitələrə rəhbərlik edən birnci şəxslərin özlərinin ayrıca qəbul günləri var. Amma əksər vətəndaşlar da birinci şəxslərin qəbul günləri barədə az məlumatlıdırlar.
Yüksək vəzifələr tutan məmurların özlərinin elektron poçt ünvanları (e-mail), telefon nömrələri də var. Modern.az nazirlər və komitə sədrlərilə əlaqə yaratmağın mümkün yollarını şikayətçi vətəndaşlara göstərir.

Beləlikı başlayaq Dövlət Gömrük Komitəsindən. Komitənin sədri Aydın Əliyev hər ayın axırıncı cümə günü qəbul günü keçirir. Qəbul vaxtı saat 11:00-dan başlayır. Aydın Əliyevə bu ünvan - //customs.gov.az/addons/mail_sedr/index.php - vasitəsilə elektron məktub da göndərmək olar.

Hesablama Palatasının sədri Heydər Əsədov hər ayın sonuncu həftəsinin bir günündə saat 16.00 – 18.00 arası qəbul keçiri. H.Əsədovun bu aya düşən qəbul günü iyulun 26-da olacaq.

Baş prokuror Zakir Qaralovun qəbul vaxtı hər həftənin çərşəbə günləri saat 15.00-da, şənbə günləri 11.00-da başlayır. Baş prokurorun [email protected] e-mail adresinə məktub da yazmaq olar. Bilməyənlər üçün Zakir müəllimin iş telefonunu da xatırladaq - 492-38-13.

Respublikanın hərbi prokuroru Xanlar Vəliyev həftənin çərşəbə günləri saat 15.00-da, şənbə günləri 11.00-da vətəndaşları qəbul etməlidir. Hərbi prokurorun qəbulda şəxsən iştirak edib-etmədiyini deyə bilmərik.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin qəbul gününün olduğunu dəqiqləşdirə bilməsək də, onun elektron poçt ünvannı və iş telefonunu diqqətinizə çatdırırıq:  [email protected]; 449-39-02.

Ədliyyə Nazirliyində vətəndaşların qəbulu nazirliyin katibliyi tərəfindən həyata keçirilir. Vətəndaşlar bir qayda olaraq ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna müvafiq nazir müavini tərəfindən qəbul edildikdən sonra yazıla bilərlər.
Ədliyyə naziri Fikrət Məmmədovun özünün qəbul günü həftənin çərşənbə günüdür. Bunun üçün saat 09:00 - 12:00 arasında qəbula yazılmaq tələb olunur.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov hər həftənin V günü saat 17:00-dan vətəndaşları şəxsən qəbul edir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hər ayın sonuncu şənbə günü vətəndaşlar üçün qəbul saatı keçirir.

Ali Məhkəmənin sədri Ramiz Rzayev hər həftənin bazar ertəsi saat 15.00-da qəbul günü keçirir.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin qəbul vaxtı həftənin I - V günləri saat 16.00 – 18.00 arasıdır. Onun e-poçtu [email protected], telefonu 538-11-71.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun elektron poçtu [email protected] ünvanlıdır. Hər ayın 1-i Nazirlər Kabinetində, 15-i isə «Dövlətqaçqınkom»da Əli Həsənovun günləridir.

Səhiyyə naziri Oqtay Şirəliyev hər ayın I və III həftəsinin bazar ertəsi saat 17:00-dan qəbul həyata keçiri. Nazirə elektron məktubu bu ünvana yaza bilərsiniz - [email protected].

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində də birinci şəxsin qəbul günü müəyyənləşdirilib. Nazir Əli Abbasov bir həftədən bir I günlər saat 16:00 – 18:00 arasında vətəndaşları qəbul edir. Əli Abbasovun iş telefonu 598-38-18, elektron poçtu [email protected]-dır.

Hər həftənin bazar ertəsi saat 15:00-dan 18:00-dək təhsil nazir Misir Mərdanovun qəbul günüdür. Nazirin qəbuluna düşmək üçün gərək qabaqcadan - 5-ci gündən növbəyə yazılasan.  Nazirin iş telefonunu və elektron poçtunu bilməyənlər üçün xatırladırıq: 496 34 00 [email protected].

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov vətəndaşları bazar ertəsi qəbul edir. Vətəndaşların rəhbərlik tərəfindən qəbulu zamanı hər bir vətəndaş üçün qeydiyyat-nəzarət vərəqi doldurulur.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev hər ayın ilk şənbə günü saat 10.00 - 13.00, 14.00 - 17.00 arasında vətəndaşları qəbul edir. Şahin müəllimin iş telefonu 493-88-67 (2095), e-maili [email protected] –dır.

Vergilər naziri Fazil Məmmədov hər ayın son həftəsində saat 12:00 - 18:00 arasında vətəndaşları qəbul edir. Qəbula yazılanlara nazirin həftənin hansı günü qəbul keçirəcəyi barədə məlumat verilir. Nazirin iş telefonunu bilməyənlər bilsin – 4301656.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər həftənin 2-ci günü saat 15.00-dan sonra qəbula yazılanları dinləyir. Nazirin telefonu belədir - 493-43-98.

Nəqliyyat naziri Ziya Məmmədovun qəbul vaxtı hər ayın sonuncu çərşənbə günü saat 14.00 - 18:00 arasına təsadüf edir. Ziya Məmmədovun iş telefonu 430 99 41, e-poçtu [email protected].

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov hər ayın sonuncu həftəsinin çərşənbə axşamı qəbul günü keçiri. Qəbul saat 16.00-da başlayır. Onun e-poçtu [email protected], sədrin  qəbul otağının telefonu 492-67-47-dir.

Kənd təsərrüfatı naziri İsmət Abasov üçün ayda iki gün qəbul saatı təşkil olunur. Avqustda nazirin qəbul günü ayın 8 və 22-nə təsadüf edəcək. Qəbul saat 17.00-da başlayır. Vətəndaşların qeydiyata alınması Hökumət Evində, 1-ci mərtəbə, 159-cu otaqda hər iş günü saat 9.00-dan   13.00-dək aparılır. İsmət Abbasovun elektron poçtu belədir: [email protected].

Diasporla İş üzrə Dövlət Komitəsinin Nazim İbrahimovun e-mail adresi isə belədir - İ[email protected].

Maliyyə naziri Samir Şərifovun elektron ünvanına məktubla müraciət etmək olar. Bunun üçün  [email protected] adresinə məktub yazmaq lazımdır. Nazirin ayda bir dəfə saat 16.00-dan 18.00-dək qəbul vaxtı olur. S.Şərifovun bu ayda qəbul vaxtı iyulun 26-da olacaq.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov hər həftənin 1-ci günü saat 17:00-dan sonra, 5-ci gün saat 15:00-dan sonra qəbula yazılanlarla görüşür. Qəbula səhər saat 10-dan yazılmaq lazımdır.

Dövlət Sosial Müdafiə Fondunun sədri  Səlim Müslümov qəbuluna vətəndaşların çox yazıldığı mərkəzi icra hakimiyyəti orqanlarından birinin rəhbəridir. O, hər həftənin cümə günləri saat 10:00-13:00, 14:30-18:00 arasında vətəndaşları qəbul etməyə vaxt ayırır.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun da öz qəbul günü var. O, hər ayın ikinci həftəsinin çərşənbə axşamı günü saat 15:00-da qəbula yazılanları dinləyir.

Qiymətli Kağızlar üzrə Dövlər Komitəsinin sədri Rüfət Aslanlı vətəndaşları hər ayın 2-ci həftəsinin 2-ci günü saat 16:00-dan 19:00-dək qəbul edir.

Daxili işlər naziri Ramil Usubovun da vətəndaşların qəbulu üçün ayrıca günü var.  Nazir hər ayın ikinci həftəsinin şənbə günü saat 11:00-da vətəndaşları qəbul edib dinləyir. Qəbula hər ayın birinci həftəsinin cümə günü saat 10:00-dan saat 17:00-dək yazılmaq olar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hər ayın 2-ci və 4-cü həftəsinin cümə günləri qəbul həyata keçiri. Hacıbala müəllimin e-mail adresi yoxdur. Onun qəbul otağının müdiri Tahir Məsimovla (tel: 492 63 11; 492 64 19) əlaqə saxlamaqla qəbula yazılmaq olar.

Belə…"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanuna görə mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaşlar qəbul edilib dinlənilməli, onların müraciətləri müvafiq vaxtda araşdırılmalı və cavab verilməlidir. O ki qaldı hansı nazir və komitə sədrinin şəxsən qəbulda iştirak etməməsinə, bunu yoxlamaq yuxarıda qeyd etdiyimiz günlər qəbula getmək lazımdır, qəbula...

Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər