Modern.az

Gəncədə oğru qızlar yaxalanıb (FOTO)

Gəncədə oğru qızlar yaxalanıb (FOTO)

26 İyul 2011, 11:35

Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən iki qadını saxlayıb. Qadınların öz rəfiqələrinin evindən pul və cehizlik əşyaların oğurluq etmələri ehtimal olunur.
Gəncə Baş Polis İdarəsinə 19 iyul tarixində Tağı Aranı kücəsi 1–ci döngə, bina 9, mənzil 9-da yaşayan Tofiq Qazıyev ərizə ilə müraciət edərək bildirib ki, evində oğurliuq hadisəsı baş verib. Naməlum şəxslər açar seçmə yolu ilə mənzilə daxil olaraq vətəndaşın 5000 manat, 2750 ABŞ dollar məbləində pulunu və onun qızının evdəki təxminən 3000 manat dəyərində cehiz əşyalarını aparıblar. Polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluq edənlər mənzil sahibinin qızı Günay Qazıyevanın rəfiqələri  1991- ci il təvəllüdlü Turanə Əhmədova və 1993 –cü il təvəllüdlü Aygül Kakajanovadır.
Şübhəli bilinən şəxslər rəfiqələrinin evindən oğurluq etmədiklərini iddia edirlər. Onlar ev sahibəsi Günay Qazıyevanın xahişini yerinə yetirdiklərini  və bu köməkdən peşiman olduqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2 (küllü miqdarda özgənin əmlakını oğurlamaq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq aparılır.




Xaliq Qurbanlı
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil