Belçikanın “Brügge” komandasının yeni üzvü Lior Rafaelov maraqlı açıqlama ilə çıxış edib. Modern.az bildirir ki, Rafaelov Azərbaycanla müəyyən bağlılığı olduğunu bildirib. Futbolçunun sözlərinə görə, onun valideynləri Azərbaycandan İsrailə köçüblər.
“Bəli, biz İsrailə Azərbaycandan gəlmişik. Valideynlərim oranı gənc vaxtlarında tərk ediblər. Mən İsraildə doğulmuşam və o vaxtdan ailəmin vətəni ilə əlaqədə olmamışam. Bir şeyi istisna saya bilərəm. Anam mənə tez-tez Azərbaycan yeməkləri hazırlayırdı”-deyə Rafaelov vurğulayıb.
Qeyd edək ki, “Brügge” bu gün “Qarabağ”la oynayacaq. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Azərbaycan telekanallarəndan heç biri oyunu canlı yayımlamayacaq.
Modern.az